Aristo:
"Sevmək ağrı çəkməkdir, sevməmək ölmək. Sevmək zövqdür amma tək sevilmənin heç bir zövqü yoxdur"
Avqustin:
"Sevgi ruhun gözəlliyidir."
Franz Xaver Von Baader:
"Azadlıq eşq deyil, tək eşqin qapısıdır."
Bailey:
"Eşq dünyanın ən şirin xoşbəxtliyi ilə ən dərin ağrısından yaradılmışdır"
Balzak:
"Eşq həyatında qadın, ancaq hünərli bir çalğıçının əlində dilə gələn bir alət kimidir. Qadınların bizləri sevdikləri zaman hər günahımızı bağışlayarlar"
Basta:
"Kişi az lakin sıx sevər, qadın isə çox ancaq bir dəfə sevər"
Ceremi Bentham:
"Eşq həzzi, dostluqla duyğu həzzlərindən yoğurulmuşdur"
Entoni Bret:
"Eşqin ilk nəfəsi məntiqin son nəfəsidir"
La Cordaire:
"Eşq hər şeyin başlanğıcı, ortası və sonudur"
Eugene Delacroix:
"Eşqi izah edə bilmək üçün yer üzündə var olan dillərdən başqa bir dil istər"
Duclos:
"Eşq bezilməyəndir. Hər şeydən bezilə bilər amma eşqdən ... xeyr"
Epiktet:
"Hərəkət etmənin səbəbi 'istək' və 'sevməkdir', bu isə düşünməkdir. Eşq
ehtirasdır. Yaxşı ya da pisin nə olduğunu fərq edə bilməyən insan necə sevə bilər"
Douglas Ferrola:
"Eşq qızılcaya bənzər, insan nə qədər geç tutulsa o qədər ağır keçər"
Fenelon:
"Sevmədən yaşamaq yaşamaq deyil. Az sevmək isə süründürülməkdir."
Feyerbax:
"Varlıq hissin, duyğunun və eşqin bir sirridir. Bu adam, bu şey yəni fərdi, tək duyğuda, tək eşqdə, mütləq bir dəyərə malikdir. Sonlu və sonsuz orada olar.Eşqin sonsuz dərinliyi və eşqin gerçəyi, bununla... tək bununla daimdir"
Costance Foster:
"Sevgi bizi zamanın dağıtmasından qoruyan yıxılmaz bir qaladır"
Freyd:
"Həyat əlamətinin mənşəyində duyğulanma; duyğulanmanın da təməli eşqdir"
Geraldy:
"Kişinin yaradılışında sevmək yox idi. Ona eşqi öyrədən qadındır"