Belə olmağı sevirsiniz
Tənbəl olduğunuza görə və ya münasibətdən qorxduğunuzan deyil, bəzi qadınlar yalnız olmağı sevirlər. Bu fərqli həyat tərzi və zamanını partnyoru yerinə işə, dostlarına və ya hobbiləri ilə məşğul olmağa xərcləməyə tərcih edən o qadınlardan biri ola bilərsiniz. Əgər vəziyyət belədirsə, subay olduğunuza təəccüblənməmək lazımdır.
Unutmadığınız biri var
Bu olduqca bəsit bir səbəbdir, özünüzə qarşı dürüst ola bilərsiniz. Hələ də əvvəlki sevgilinizə qarşı hisləriniz var? Bu cür hadisələr sizi xoşbət hiss etdirməz və yeni münasibətə başlamağa çətinlik yaradar. Yeni insanlarla tanış olmaq üçün keçmişi silməlisiniz.
Doğru insanı axtarırsınız
Bu tamamilə başa düşülə bilən və səhv olmayan bir vəziyyətdir, lakin standartlarınızı yüksək tutmaq mövzusunda diqqət etməlisiniz. Ağ atlı şəhzadə olmayan biri ilə tanış ola bilərsiniz, amma o insan sonunda sizin üçün doğru insan ola bilər.
Qəlbinizin qırılmasından qorxursunuz
Əslində hamının sahib olduğu duyğudur. Bu qorxunuza qalib gəlin və özünüzə münasibətin gözəl və sevgi dolu etməyin başqa bir insan olduğunu açıqlayın. Əgər həm fiziki, həm də ruhən təkliyə çəkilsəniz, heç kimlə əlaqə qura bilməyəcəksiniz. Dünyaya və ətrafınızdakı insanlara açıq olun, nə istədiyiniz və nə hiss etdiyiniz haqqında açıq olun. Beləliklə, subay olun və ya olmayın nə qədər xoşbəxt olacağınızı görəcəksiniz.
İlk görüşə nifrət edirsiniz
Biri ilə ilk dəfə görüşmək son dərəcə qəribə ola bilər və eyni zamanda görüş son dərəcə qəribə formada sona çata bilər. Yəqin bu qorxunuz birinci, ikinci və hətta üçüncü görüşünüzün belə gözəl keçməməsindən qaynaqlana bilər. Amma bütün məsələ burdadı, bəzən ilk görüşlər gözəl keçə bilər! Möhtəşəm bir ilk görüşdən sonra iki insan bir-birinə aşiq ola bilər.
Səhv insanı seçirsiniz
Bəzən sadəcə sevgiliniz olsun deyə uyğun olmayan adamları həyatınıza daxil edə bilirsiniz. Təklik və ya şüuraltınızda ciddi münasibətə keçmə qorxusundan ürəyinizin səsini dinləməkdən qaçırsınız. Sizə tövsiyəmiz əgər həyatınızda heç kim yoxdursa, özünüzə daha çox vaxt ayırın.