Qadin.NET / Eşqdə niyə itirirsiniz?

Eşqdə niyə itirirsiniz?


Eşqdə itirənlərdənsinizmi? "Niyə bu həmişə mənim başıma gəlir" deyirsinizsə, dərhal bir kağız-qələm götürün, testi cavablayın və səbəbini öyrənin.

1-Həyatda ən hünərli olduğunuz məsələ nədir?

a) İnsanı bir baxışda tanımaq.
b) İrəlini görmək.
c)
Orijinal olmaq.

2-Bu günə qədər hansı xüsusiyyətinizə görə əziyyət çəkibsiniz?

a) Acıdil olmaq.
b) Ani qərar vermək.
c) Acgözlük.

3) Biriylə ilk tanış olduğunuz zaman ilk soruşacağınız sual nə olar?

a) Yaşı, peşəsi.
b) Bürcü.
c) Darıxdırıcı mövzulara toxunmaram, havadan-sudan danışaram.

4) Nəyi icad etmək istəyərdiniz?

a) Qapı və ya kilid.
b) Təkər.
c) Atəş.

5) Ən yaxın yoldaşınız zəng edib aşiq olduğunu söyləyir, nə düşünərsiniz?

a) "Deyəsən havalanıb".

b) "Sənin üçün sevindim".
c) "Çox gözəl xəbərdir".

6) Aşiq olduğunuz adam sizi aldatsa, reaksiyanız necə olar?

a) Off, təzədən başqa birinə alışmalıyam.
b) Onsuz da bunu ondan gözləyirdim.
c) Mən onsuz da eşqə aşiqdim.

7) Sevgilinizə bir bijuteriya hazırlasaydınız, hansını düzəldərdiniz?

a) Boyunbağı.
b) Üzük.
c) Pirsinq.

8) Sevgiliniz sizi tənqid edir, reaksiyanız nə olar?

a) Bunu əsla edə bilməz.
b) Yadda saxlayaram.
c) Mənim də onda xoşlamadığım xüsusiyyətlər var.

9) Eşq sizin üçün…

a) Gözəldir, amma dəlilikdir.
b) Gələcəyi olsa, problem yoxdur.
c) Tapılmaz nemətdir.

10) Ən son nə vaxt aşiq olmusunuz?

a) Xatırlamıram.
b) Aşiq olub-olmadığımı belə bilmirəm.
c) Üç-beş ay əvvəl. 

İndi cavablarınızı yoxlayın:
A variantı çoxdursa: Siz eşqə çox ciddi yanaşırsız. Məntiqiniz daim ön planda olduğu üçün qarşınızdakı adama çox ciddi təsir bağışlayırsız. Sizin üçün əhəmiyyətli olan ürəyiniz deyil, beyninizdir. Bu səbəbdən qarşınızdakı adamla tam uyğun olmanızın lazım olduğunu düşünürsünüz. Amma unutmayın, eşqdə qayda yoxdur!

B variantı çoxdursa: Siz gələcəyin insanısınız. Bu səbəblə daim planlar qurur, eşqi əzib keçirsiniz. Qurduğunuz planlar qarşınızdakını qorxudur və qaçırır. Daha rahat olmanızda və qarşınızdakını gələcəyin planlarıyla boğmamanızda fayda var. Unutmayın, eşqdə plan yoxdur!

C variantı çoxdursa: Siz eşqə aşiqsiniz. Qarşınızdakının əhəmiyyəti yoxdur, yetər ki, eşq olsun. Bir az xəyalpərəst göründüyünüz üçün bu, qarşınızdakını qorxudur. Çünki müstəqil bir xarakter cızırsınız. Qorxmadan ipləri bir az da qarşı tərəfin əlinə vermənizdə fayda var. Unutmayın, eşqdən qaçış yoxdur!

3 sentyabr 2011
GO BACK