Araşdırmalar göstərib ki, kişilərin qadınlara qarşı nə qədər nəvazişli olduqlarını öyrənmək üçün onların barmaqlarına baxmaq kifayətdir.
Barmaqların uzunluğu kişinin nə qədər mədəni və həssas olduğundan xəbər verir.
Kanadanın Makqilla Universitetinin professorları tərəfindən aparılan araşdırma sübut edib ki, adsız barmağı uzun, işarət barmağı qısa olan kişilər qadınları xoşbəxt edir.
Bunun səbəbi belə kişilərin hələ ana bətnində ikən həddən artıq testosteron hormonuna məruz qalmalarıdır.
Belə kişilərin qadınlarla yaxşı münasibət qura bildikləri, onları sıxılmadan dinlədikləri, qadının fikirləri ilə razılaşmağa meyilli olduqları müşahidə edilib.
Adsız barmağı ilə işarət barmağının uzunluğu eyni olan kişilər isə qadınlarla yola gedə bilmir, onlar daim haqlı olduqlarını hesab edir.
Xatırladaq ki, daha öncə Oksford Universiteti tərəfindən aparılan araşdırmada adsız barmağı uzun olan kişilərin xəyanətə meyilli olduqlarını üzə çıxarmışdı