Qadin.NET / Sevgi haqqında düsüncələrim...

Sevgi haqqında düsüncələrim...

Sevgi..çoxunu canından bezdirən çoxunu isə həyata qaytaran bir hiss..Biz sevirik gözləmədiyimiz bir vaxtda aşiq oluruq.Bəzən qarşılıqsız bəzənsə qarşılıqlı.. 

Bizim sevdiyimiz insan yanımızda olanda özümüzü xoşbəxt hiss edirik.Ondan uzaqlaşdıqda içimizdə sanki bir boşluq yaranır.Bu boşluq o qədər dərin olur ki onun qayıdacagı bilə-bilə körpələr kimi ağlayırıqlimizi tutduğu zaman ürək döyüntülərimiz daha da artırn pis vaxtlarımızda yanımızda heç kimin olmasını istəmirik amma tək ondan basqa..Ağladığımız zaman göz yaşlarımızı gizlədərik amma nə qəribədir ki,bunu sevdiyimiz insanin yanında həyata keçirmirikksinə onun bizim ağlamağımızı görsün istəyirik.Səbəb?Bəlkə də onun bizim göz yaşımızı silməyindən xoşlanmağımız ya da onun yanında özümüzü rahat hiss etməyimizdir.


Dünyanın ən rahat yeri yəni sevdiyimiz şəxsin qucağı..O qucağı hec nəyə dəyişə bilmərik..O bizdən uzaqda olduğu zaman üşüsək dərhal ağlımıza o isti qucaq gəlir. 

Bizə bir sığal çəkməyi bütün ağrıları yaddan çıxarmağa bəs edə bilir.Onun şirin sözləri hər seyi unutdurur.Butun qorxular,çətinliklər hamısı bir anda yox olur onun bizi qucaqladıgı an..Elə düsüncə yaranır ki sanki biz ağ atlı şəhzadənin qollarındayiq, bizə heç kim heç nə edə bilməz..


Tək olduğumuz zaman tək ehtiyacımız olan şey onun bir öpüşüdür..Onun dodaqlarının istisini heç nəyə dəyişmək olmur..Bunu alimlər də araşdırıb və belə bir qərara gəliblər ki sevdiyiniz birini qucaqlamaq və ya əlindən tutmaq bəzi fiziki ağrıları aradan qaldıra bilir.Qəribə deyilmi?Axi sevdiyini qucaqladiqda necə bu ağrılar keçe bilir?Bu da sevginin sirridir..


Səbəbsiz yerə gülərik nəyə güldüyümüzü heç özümüz də bilmərik..Onu xatirladiqda bir təbəssüm yaranar üzümüzdə..ürək döyüntüləri sözə baxmaz daha tez döyünər..

Nə vaxt ki biz bilirik sevdiyimiz xəstədi o günü özümüz də kədərli olub xəstə kimi görünürük..Dayanmadan onu düsünərik.Görəsən başının ağrısı keçdi?hələ də istiliyi var? Bu kimi suallar bizi tək buraxmaz..Yanında olub bir dəfə də olsa onu öpmək istəyərik. 

14 avqust 2011
GO BACK