Qadin.NET / Möhkəm bir evliliyin 10 qızıl qaydası

Möhkəm bir evliliyin 10 qızıl qaydası

Hamımız yaşadığımız əlaqələrdə bəzən problemlər yaşar, səbəblərini tapa bilməz və çıxılmaz vəziyyətdə qalarıq. Bu vəziyyət həm bizi,həm də partnerimizi yorar və yaşanan əlaqəyə gərəksiz yerə zərər verər. Başqa birinin başına belə problemlər gəldiyində asanlıqla tapa biləcəyimiz səbəbləri öz əlaqəmizdə gözümüz görməz. Budur sizə yaşadığınız əlaqəyə kənardan baxan bir göz və əlaqəni ayaqda tutmanın, daha da gözəl, imtina edilməz hala gətirmənin yolları:

Hər şeydən əvvəl danışın

Danışmaq əlaqənin möhkəm təməllərini meydana gətirər. Ağılınıza gələ biləcək hər şeyi partnerinizlə danışın. Görəcəksiniz, paylaşdıqca aranızdakı bağ güclənəcək.

 Yalan danışmayın
Nə qədər kiçik,ağ yalanlar olsa da yalan danışmaq hər şeydən öncə özünüzə olan hörmətinizi itirmənizə səbəb olar. Yalan öyrənildiyi anda nə ölçüdə olursa olsun, yalan hesab edilər və etibarı yox edərək əlaqəni zədələyər.

Mükəmməliyətçi olmayın 
Hal-hazırda, xüsusilə kişilər '' daha yaxşısı mütləq vardır'' deyərək müxtəlif axtarışlar içinə girər. Unutmayın mükəmməl deyilsiniz və mükəmməl olanını da əsla tapa bilməyəcəksiniz. Bunun yerinə yaşadığınız əlaqənin dadını çıxarın. Özünüzə və partnerinizə dəyər verin, xoşbəxtliyi uzaqlarda axtarmayın.


Bir-birinizə qarşı intiqam və kin hissi olmamalıdır 
Mübahisə etdiniz, sizi qırdı, lakin min bir üzrlə sizdən bağışla,üzr istəyirəm dedisə,əlaqəyə davam edirsiniz. Əsla kin saxlamayın. Bu həm yaşadığınız zədəni sovuşdurmanıza mane olar, həm də iki tərəfin birdən acı çəkməsinə səbəb olar. Üzüntünüzü içinizdə tutmayıb, bağışlamağı bacarmalısınız.

Davamlı bir arada yaşayacağınız adam, hər şeydən əvvəl dostunuz olmalıdır 
Daimi əlaqələrin təməlini yoldaşlıq meydana gətirər. Anlıq zövqlərin, həyəcanların ardından bir müddət sonra hörmət, sevgi, əlaqə gözlənilər.

 Kartlarınızı açıq oynayın
Bir əlaqədə nə yaşanırsa iki tərəf birlikdə yaşayır. Heç bir zaman ağılınızdakıları (yaxşı ya da pis) içinizdə tutmayın. Bunu etdikdə özünüzü ortaya qoymuş olacaqsınız. Bu vəziyyətdə arada meydana gələcək möhkəm bağ hər şeyi aşmanıza köməkçi olacaq.

Bir-birinizə dəyər verin
Hər şeyin mükəmməl birləşdiyi bir əlaqə yaşanmamışdır və yaşanmayacaq. Zidd fikirlər hər vaxt əlaqənin ritmini sürətləndirib, rəng verəcək. Fərqliliklərinizə baxmayaraq ona nə qədər dəyər verdiyinizi, ən çətin zamanlarda belə sizin üçün nə qədər əhəmiyyətli olduğunu partnerinizə göstərin.

Birlikdə zaman keçirin 
Zaman sürətlə axıb gedir və biz sevdiklərimizə zaman ayıra bilmirik. Halbuki birlikdə keçirilə biləcək zamanlar əlaqənin müsbət bir yönə doğru irəliləməsini təmin edər. Bununla birlikdə əhəmiyyətli olan bir mövzu birlikdə keçiriləcək zamanın sıxlığı qədər keyfiyyətidir. Mümkün olduğunca keyfiyyətli zaman keçirməyə çalışın.

Onu başqalarıyla müqayisə etməyin

Başqalarının əlaqələrini, birlikdə olduqları kəsləri onunla müqayisə etməyin. Unutmayın ki əlaqəyə başladığınızda partneriniz olduğu kimiydi və ona o halıyla qəbul etmisiniz. Zaman içində onu başqa bir insan halına gətirməyə çalışmayın.

Keçmişini buraxın
Qadın - kişi hamımız sevdiyimiz insanın keçmişini, xüsusilə dəyər verdiyi kəsləri, ciddi əlaqələrini maraqlanıb, sorğularıq. Bu an həyatında siz varsınız və digərləri keçmişdə, yaxşı ya da pis bir xatirə olaraq qaldı. Bu sorğulamaların sonu ümumiyyətlə mübahisə ilə bitər. Keçmişdəki kəslərlə yarışmaqdan imtina edin. 





11 avqust 2011
GO BACK