Qadin.NET / Sizin evliliyiniz hansıdır?

Sizin evliliyiniz hansıdır?

Bir-birini tamamlayan cütlük tərzində evlilik

Bu növ cütlük evliliyi ən çox yayılmış olanıdır. Partnyorlar münasibətə verdiklərə əməyə hörmət edirlər, hər partnyorun gücü var. Münaqişəni sakitləşdirmək bacarığına sahibdirlər. Bu cür evlilik hüzur doludur. Bu evlilikdəki münasibət asanlıqla monotonluğa çevrilə bilir.

 

Sizin evliliyiniz hansıdır?

 

 

Münaqişələri azaldan cütlük tərzində evlilik

Bu növ evlilikdə adətən adətə uyğun olaraq cinsiyyət roluna görə formalaşan münasibət var. Kişi evin rəisidir, qadın isə yuvanı qurandır. Bu evlilik tərzi romantik ifadələrdən məhrumdur. Cinsi problemlərə fikir verməzlər. Cinsi problemlərlə üzləşməkdən qaçarlar. 

 

Sizin evliliyiniz hansıdır?

 

 

Yaxın dost olan cütlük tərzində evlilik

Bu tərz paylaşmanın və məsuliyyətin yüksək olduğu evlilikdir. İdeal bir tərz olsa da, cinsi və mənəvi gözləntilər reallaşmayanda münaqişələrin yaranması və yadlaşma riski var. Cütlüklər vaxtlarını və psixoloji enerjilərini evliliklərini ideallaşdırmağa sərf edərlər. 

 

Sizin evliliyiniz hansıdır?

 

 

Mənəvi olaraq güclü cütlük tərzində evlilik

Bu tərz evliliklər ən keçici, ancaq ən əyləncəli və erotik olandır. Bu cütlüklər bəzən çox yaxın, bəzən çox məsafəlidirlər. Həm sevgini, həm də əsəbi şiddətli şəkildə göstərərlər. Təəssüf ki, bu növ evliliklər daha çox boşanma ilə nəticələnir..

 

Sizin evliliyiniz hansıdır?

 

 

19 may 2018
GO BACK