1)When Harry Met Sally
Qadınlarla kişilərin dostluğu mümkündürmü? Filmdəki dialoqları sevəcəksiniz.
2)True Romance
Rejisor Tarantinonun çəkdiyi bu filmin hər səhnə bir macəradır. Qəribə tanışlıq və yaranan sevginin keçdiyi yoldan bəhs edir.
3)The Lobster
İnsan münasibətlərini sorğulayan bu filmdə, obrazları, musiqiləri xüsusilə sevəcəksiniz.
4)Love
Fransız rejisor Gasper Noenun filmində eşqi görəcəksiniz. İki insan arasında yaşanan eşq 3 nəfərlik xaosa çevrilir. Filmdə cinsi münasibətlərə sıx yer verilmişdir.
5)Submarine
15 yaşındakı Oliverin ilk eşqindən bəhs edir. İlk başda bəsit görünsə də, dərin detalları, musiqiləri ilə insanı ovsunlayır. Güldürərək düşündürən filmdir. İlk eşqin saflığını görəcəksiniz.