Qadin.NET / Evlənmədən əvvəl bunları nəzərə alın

Evlənmədən əvvəl bunları nəzərə alın

 

Evlənmədən əvvəl bunları nəzərə alın

 

Yoldaşınızı tanıyın

Evlilikdən əvvəl partnyorunuzu yaxşı tanımağınız ən əsas şərtdir. Həyatınızın qalanını birlikdə keçirəcəyiniz insanı doğru seçməlisiniz. Doğru insanı seçə bilmək üçün, əvvəlcə qarşı tərəfi yaxşı tanımalısınız. Uyğunsuzluq varsa, əvvəlcədən bilməlisiniz. Daha sonra hər şey üçün gec ola bilər.

 

Zövqlər və rənglər

Evlilikdə hər şeydən vacibi qarşılıqlı sevgi və hörmətdir. Fəqət bərabərliyin daha uzun davam etməsi üçün bəzi nöqtələrə diqqət etməlisiniz. Cütlüklər arasında zövqlər və rənglər fərqli ola bilər. Fərqlilik münasibətə rəng qatır. Ancaq bu ciddi münaqişə yaradacaq səviyyədə olmamalıdır. 

 

Evlənmədən əvvəl bunları nəzərə alın

 

Mənəviyyat

İnsanların həyat yollarını fərqli formada müəyyənləşdirə bilirlər. Bəzi insanlar, bütün büdcələrini dünya üçün xərcləyirlər, bəzi insanlar isə həyatlarındakı kritik seçimləri inanclarına görə müəyyənləşdirirlər. Evlilik qərarını qəbul edərkən, qarşı tərəfin inancına göz atmaqda fayda var.

 

Ortaq hədəflər

Evlənmədən əvvəl qarşı tərəfin həyatını necə keçirmək istədiyini, hansı məqsədləri olduğunu öyrənin.

 

Evlənmədən əvvəl bunları nəzərə alın

 

Uşaq barəsində fikir birliyi

Uşaq sevginin meyvəsidir. Övlad sahib olmaq məsuliyyətli işdir. Bu məsuliyyəti götürməyə iki tərəf də hazır olmalıdır.

 

29 yanvar 2018
GO BACK