Kaliforniyada yaşayan Meylia və Neal, evlənməyə qərar verdilər.
Meylianın ana və atası Tanzanyadakı yardım təşkilatı ilə işləyən yardımsevər ailədir.
Meylia və Neal da toy üçün ayırdıqları pulu "catering" şirkətlərinə, çiçəklərə, musiqiçilərə, içkilərə və bahalı kirayə avtmobilə xərcləmək yerinə Tanzanyaya getməyə qərar verdilər.
Məqsədləri oradakı yoxsul xalqa kömək edə bilmək idi. Bunun üçün yanlarına yaxın qohum və dostlarından ibarət qrupla Şərqi Afrikaya getdilər.
Onlar üçün 10 gün davam edəcək, toy-səyahət-kömək məqsədli macəra başlamışdı.
Tanzanyada kiçik bir mərasimlə evlənən cütlük daha sonra uşaq evlərini ziyarət etdi, məktəblərə gedib uşaqlarla vaxt keçirdi və maddi yardım etdilər.
Toy sonrası şənlik keçirmək yerinə dərnəyə uşaqlar üçün məktəb ləvazimatları və oyuncaq bağışladılar.
Bahalı gəlinlik və kostyum yerinə səfər sırasında ediləcək toy çəkimlərində yerli xalqın hədiyyə etdiyi milli geyimləri geyindilər.
Cütlüyün şəkillərini çəkən B. A. Van Sise isə bu toyun onun üçün çox fərqli bir təcrübə olduğunu söyləyir.
"Bu günə qədər bir çox toyda iştirak edib fotoqraflıq etmişəm. Hamısı sanki pul xərcləmək üçün, göstəriş üçün edilmiş kimidir. Bəlkə də, bu pul başqa yerlərdə daha yaxşı şeylər üçünü istifadə oluna bilər" deyərək fotoqraf fikrini ifadə edir.