Əsəbi olmaqdan əl çəkin
Münasibət enişli yoxuşlu günlərə sahibdir. Dava, anlaşmazlıq, səhvlər zamanla qaçınılmaz olur. Münasibəti sağlam saxlamağın yolu, belə problemlərin öhdəsindən gəlib, əsəbdən əl çəkməkdir. Üzrü qəbul etməkdən əlavə, qarşı tərəfə olan əsəbdən əl çəkin.
Yeniliyə açıq olun
Yaxşı münasibət adətən iki insanı bərabər şəkildə, fərqli istiqamətlərdə inkişaf etdirməlidir. Əgər bir tərəf daha yaxşı sahib olmaq üçün vuruşursa, digər tərəf evdə oturursa, arada böyük uçurum yaranacaqdır. Cütlüklərin hədəfinin olması, səmimiyyət qədər vacibdir.
Diqqət ayırın
İş həyatı diqqət istəyir. Eyni formada uşaqların onların ehtiyacları, ailə və dostlar da qayğı və diqqət istəyir. Bu cür xaosda münasibətə diqqət ayırmamaq mümkün olan bir ehtimaldır. Amma eşq, həyəcan münasibət içində təzə qalmalıdır. Bu da vaxt və qayğı istəyən məsələdir.
Səmimi olun
Həyatda yaşadığınız hər cür problem münasibətə təsir edər. Duyğularınız və səbəbləri haqqında səmimi olun. Sizdən qaynaqlanan xətalar üçün yoldaşınızı günahlandırmayın.