1.Sizi dinləyərlər
Əgər sizi sevirlərsə, dediyiniz hər kəliməni dinləyərlər. Onları anlayan xüsusi birinə ehtiyac hiss edərlər.
2. Lazım gəlsə, sizin xeyriniz üçün mübahisə edərlər
Münasibətdə bəzən anlaşılmazlıqlar və mübahisələrin olması normaldır. Sizinlə səviyyəli bir formada mübahisə edirsə, demək münasibətiniz üçün nələrsə edib sizi xoşbəxt etmək istəyir.
3. Özünü sizə uyğunlaşdırmağa çalışar.
Onun üçün rahat şeyləri etmək yerinə, sizi xoşbəxt etməyə çalışması. Sizə sürprizlər edər, sevdiyiniz və ya sevmədiyiniz şeyi soruşar.
4. Sevginiz üçün mübarizə aparar.
Təkcə sizinlə birlikdə olmaq üçün bütün maneələri aşar və sizinlə olan hər anını boşa xərcləməz. Sizi həqiqətən sevirsə, bəhanə deyə bir şey yoxdur.
5. Uğurlarınızla fəxr edər.
Əgər hər hansısa uğura imza atmısınızsa, sizdən çox o sevinməlidir. Tipik ananın təriflədiyi kimi sizi tərifləyər.
6. Çatışmazlıqlarınızı üzünüzə vurmaz.
Pis günlər olur, hər gün gözəl görünməyə bilərsiniz. Mükəmməl olmadığınızı bilirsiz. Ancaq sizi sevən biri gözəlliyinizdə ən kiçik qüsur belə tapmaz. Ruhunuzu sevər.