Həyatınızda bir, iki və ya on dəfə sevmiş olmağınızın əhəmiyyəti yoxdur; hər zaman bir-birimizlə üzbəüz qalırıq. Sevgi bizi cənnətə də, cəhənnəmə də apara bilər; amma hər zaman harasa aparar. Onu olduğu kimi qəbul etməliyik; çünki varlığımızı bəsləyən odur.
Ondan qaçsaq, gözümüzün önündə meyvə dolu budaqlarıyla duran o ağaca baxa-baxa, əlimizi uzadıb istədiyimiz meyvəni qopartmağa cəsarət edə bilmədiyimizdən acından ölərik. Harada olursa olsun, sevgi axtarıb tapmalıyıq; bu sizə saatlarca, günlərcə, həftələrcə sürən xəyal qırıqlıqları, kədərlər hesabına başa gəlsə belə. Çünki bir sevginin arxasına düşdüymüz anda, o da bizi qarşılamağa çıxacaqdır. Və bizi xilas edəcəkdir.
Paulo Koelo