Qadin.NET / Eşqlə baxan göz görməz!

Eşqlə baxan göz görməz!

 

 

Eşqlə baxan göz görməz!

 

Birinə qarşı nəsə hiss edirsiniz, ondan xoşunuz gəlir və onu daha  yaxından tanımaq istəyirsən. Bunun üçün ilk etməli olduğun şey, problemlərlə necə yaşadığına baxmaqdır. Qəlbi təmiz olanlar bir problemlə qarşılaşdıqları vaxt çox qəribə davranırlar, o dəqiqə əsəbləşməzlər; ilk əvvəl  problemi anlamağa, ona fərqli bucaqlardan baxmağa çalışarkən sakitliklərini qorumağa çalışırlar; fərqli insanlardan soruşub həll axtarırlar.

 

Eşqlə baxan göz görməz!

 

Əgər maraqlandığınız insan bir problem qarşılaşdığı vaxt əsəbləşib birini günahlandırırsa, ona buna hücum edirsə, bil ki bu insanla yola çıxılmaz. Amma bəzən sən onunla birlikdəykən başqaları ilə belədir, səninlə bir problem olanda başqa cür davranır. Sən yaxşı davranır deyə düşünürsən. Ancaq münasibətiniz ciddiləşəndə hər kəsə necə davranırsa, sizə də elə davranmağa başlayacaq.

 

Eşqlə baxan göz görməz!

 

Buna görə də sadəcə sənə necə davrandığına baxma, başqalarına qarşı olan davranışına da nəzər sal. Buna baxmadığın üçün problem yaşayırsan, çünki birinə eşqlə baxanda hər nə qədər pis biri olsa da, psixoloji problemi olsa da, şəxsiyyət pozuntusu olsa da gözün görməz.

 

Aşkım Kapışmak "Yaşam Kitabı"

24 oktyabr 2017
GO BACK