Ortaq nöqtələr
Hər insanın özü ilə bağlı sahəsi və hobbiləri vardır. Siz konsertə getməyi, o isə üzməyi çox sevə bilər. Ortaq hobbinizin olmaması danışacaq mövzunuz olmayacaq mənasına gəlmir. Əksinə, fərqlilik sizi daha cazibədar göstərəcəkdir.
Mübahisə etmək
Əsla dava etməyən insanlar sadəcə vecsiz olanlardır. Problemi yoxmuş kimi görünən bir münasibət dağılmağa məhkumdur. Əlbəttə ki, söyüş və şiddətdən söz getmir. Fəqət, kiçik davalar sizi narahat etməməlidir.
Ailə və dostlar
Yoldaşınızın ailənizi və dostlarınızı şərtsiz bir şəkildə sevməsini gözləməyin. Eyni zaman siz də yoldaşınızın ailəsinə heyran olmaq məcburiyyətində deyilsiniz. Əsas olan doğru bir münasibət qurmağı bacarmaqdır.
Şəxsi vaxt
Xoşbəxt cütlüklərin bir olmaları böyük bir illüziyadır. Bir-birini başa düşən cütlük bir-birinə şəxsi mühit yaratmağa icazə verər. Bəzən insanlar özlərinə aid vaxtda dincəlmək istəyə bilərlər. Bu sizi sevmədikləri mənasına gəlməz.