Qadin.NET / Nə qalacaq?

Nə qalacaq?

 

Nə qalacaq?

 

 

Biz indi nəyik bilirsinizmi?

Axıb gedən zaman göz qırpan yorğun ulduzlar kimiyik. Bir-birinə uzana bilməyən, boşluqdakı iki yalqız ulduz kimi..

Acı çəkir və içimizə qapanırıq...

Bir müddət sonra yalnız batıq bir eşqdən geriyə qalan iki xarabalıq olacağıq...

Öz dənizlərimizdə səssiz-sədasız boğulacağıq.

 

Nə qalacaq?

 


Nə qalacaq bizdən?

Bir məktub, bir kart, bir neçə sətir və mənim bu qırıq şerim səssizcə alacaq yerini əşyalar dünyasında.

Nə qalacaq geriyə sovrulmuş günlərimizdən?

Bizdən deyirəm, ikimizdən nə qalacaq?

Muratxan Munqan

27 sentyabr 2017
GO BACK