Hər insan sevgisini fərqli üsullarla göstərir. Bəziləri sözlərlə, bəziləri isə hərəkətlərlə sevgisini göstərməyə çalışırlar
Hyocheon Jeong adlı Cənubi Koreyalı rəssam, izləyicilərin qəlbinə yol tapmağı bacarıb.
O cütlüklərin bir-birinə sevgisini göstərdiyi fərqli anların şəkillərini çəkir.
27 yaşlı rəssam, cütlüklərin əhvalını göstərmək üçün açıq rənglərə üstünlük verir.
Çox vaxt şəkillərdə yalnız cütlüklər olsa da, bəzən pişik kimi ev heyvanlarını da şəkillərinə əlavə edir.
Cütlüklər yağışda gəzərkən, yemək yeyərkən, ev işlərini görərkən, film izləyərkən bir-birinə sevgilərini göstərirlər.
Bəs siz qarşı tərəfə sevginizi necə göstərirsiniz?