Qadin.NET / Mən dönə bilmərəm!

Mən dönə bilmərəm!

 

Mən dönə bilmərəm!
Peşmanam....Bəzi şeylərə görə peşmanam. Qırdığım qəlblərə görə, yaşatdıqlarıma görə. Bəzən heç olmadığım qədər xoşbəxt bəzən də olmadığım qədər bədbəxtəm. Çiynimə yüklədiyim yük böyükdü, özüm yükləmişəm onu. Heç kim mənə onu verməyib. Özüm qazanmışam. Kaşki onu çiynimdən, ürəyimdən ata bilsəm. Dərin ümmanlara atsam. Bilim ki, onu heç kim çıxarıb mənə verməyəcək. Məğlubiyyətlərim az olsa da həyatın ən böyük sınağının məğlubuyam mən...
 Əslində bu bir əlvidadı - bütün hər şeyə bir nəfəsdə yox deməkdir. Kaşki döndərmək olsa hər şeyi. Hər şeyə məğlubiyyətdi bu- dərin sevdalara,ehtiraslara....Mən məğlubam. Nə sevdaları bacardım nə dostluqları – məğlub oldum.....Məni bağışlayın dostluqlarım.....Gözümün önündə yox oldunuz görə bilmədim....Göstərə bilmədim sevgimi. Sizdə məndən əl çəkin. Heç kim bəlkə də məni anlaya bilməz. Amma neyləyək bu da həyatın bir üzüdür. Bütün qapıları özüm bağladım üzümə. Heç bir işıq ucu qoymadım....Hər şeyi yıxdım-dağıtdım. Elə bir duyğu yaşatdım özümə ki, dünyamı qaraltdım....Tanrım heç kimə belə bir acı yaşatmasın. Yenidən eyni şeyləri yaşamaq istəmirəm. Çünki gücüm yoxdu. Artıq heç kimə rol oynaya bilmərəm. Əvəllər güclü idim hər yalanı bacarırdım amma indi bu rolun öhdəsindən gələ bilmirəm. Nə göz yaşım qaldı, nə ümüdim. Ümidi də göz yaşım ilə birgə bitirdim. Bir sən qalmışdın, bəlkə də sən məni hər şeydən qurtara bilərdin amma ona da mən yol vermədim. Sən cəhd elədin mən isə əlimin tərsi ilə itələdim. Bilirsən bəlkədə mən peşman olacağam, sənsə həyatının ən gözəl günlərini yaşayacaqsan....Sən dalımca çox qaçdın, mənsə önəm vermədim. İndi səndə bezdin və getdin...Məndə o ürək yoxdu ki,dalınca qaçım. Çünki qaça bilmərəm. Mən qırıldım sənsə davam edə bilərsən. Özümlə bərabər səni uçuruma sürükləməyəcəm.Bunu sənə edə bilmərəm.....Nə deyim ....yolun açıq olsun......

Səssiz hıçqırıq.

10 iyul 2011
GO BACK