Qadin.NET / Ağ vərəq

Ağ vərəq

Ağ vərəq

Bu sətirləri candan yazıram.Hər sətirdə içimdəki,fırtınadan,qopan üsyandan yazıram.Dostum mənim,yaxınım mənim, mən heç kəsə deyə bilmədiyimi Sənə yazıram dostum ağ vərəq.Sirdaşım ağ vərəq məni incidən nədir bilirsən:

Yox bilmirəm :   

Məni incidən mənim nə istədiyimi bilmədiyimdəndir.Hər günüm onsuz bir başlanğıc olsa da,hər gecəm onsuz bir sondur mənim üçün.Sevirəm onu.   Çox sevirəm mənim olmasa da.

Ağla gözlərim ağla.Ağla ki,sinəmdə məskən salan  Sevgim  mənim deyil.   Nur üzlümü elə sevirəm ki,bu sevgim yalnız məni öldürür. Ürəyim qanayır onu görmədən. Sevgim məni öldürür.Bu dərdin atəşinə bilə-bilə atıldım.Peşmanmıyam ? Yox! qəti peşman deyiləm.Sadəcə ölürəm .Bağışla ağ vərəq.Səni də cızaraq yordum .Amma neyləyim bu sətirləri yalnızlığımdan bezərkən ona yaxın olduğum  halda yazıram.365 günüm onun olsun! Ayağını yerə qoyanda ləpiri olmağa belə hazıram.Bu məni incitsə də nəfəsim kəsilir  onu görməyəndə.Düşünmək belə ağırdır.Onsuz ölərəm bunu bil  ağ vərəq.Onu hamıdan çox,hərşeydən çox sevirəm.Onun saçındakı ağ tükün dəyərini mən indi bilımək istəyirəm.Mən heçnə edə bilmirəm onun üçün.Allah bir gün qismət etsin mən etibarımı ona sübut edim.Amin!

 

Vərəq: Bu gün Sən aynaya bax .Sən nə qədər dəyişmisən.Ünvansız dayanacaqlarda dayanmısan.Sənin gözlərin də dəyişib.Sənin içindəki güc artır.Sən ...

Amma bu Sən deyilsən .Çəkil yoldan qırağa.Sənin nəyə ehtiyacın var?

Mənim qayğıya ehtiyacım var ağ vərəq !  Sevdiyimin qayğısına Sadəcə bu!

9 iyul 2011
GO BACK