Səni sevirəm demək nə qədər xüsusidirsə, bu sevgini başqa yollarla göstərməkdə bir o qədər əhəmiyyətlidir. Mobil tətbiqi Couplinked, sizin üçün səni sevirəm deməyin yollarını əyləncəli şəkildə bir araya gətirdi.
Sizə səni sevirəm deməyin ən maraqlı 20 yolunu təqdim edirik:
-Ürəyinizin səsini dinləyin! Çünki o səs, sizi hər zaman doğru olana çatdıracaqdır.
-Onu sevdiyinizi hər gün söyləyin, O da sizə söyləyəcək.
-Onu olduğu kimi sevin! Ən gözəl halı təbii halıdır.
-Romantik sürprizlər edin, onun qəlbində sizə böyük bir yer açar.
-Ona hər fürsətdə kompliment deyin, ruhunu oxşamış olun.
-Musiqi açın və ritmə bərabər ayaq uydurun. Rəqs edin!
-Ona ən sevdiyi yeməyi hazırlayın! Unutmayın, uğurlu nəticə alamasanız da sınamış olmağınız kifayətdir.
-Saçlarını oxşayın, çox xoşu gələcəkdir.
-Telefonunuza deyil, bir-birinizin üzünə baxın. Birlikdə internetsiz zaman keçirin.
-Onunla oyunlar oynayın. Şirin rəqabətlər kef verir.
-Birlikdə ulduzları seyr edin.
-Onu maraqlandıracaq və əyləndirəcək kiçik qeydlər yazın.
-Xatirələr əhəmiyyətlidir, birlikdə bol bol fotoşəkil çəkməyi unutmayın.
-Zarafat sevgidən gəlir. Zarafatlaşmağı unutmayın.
-Eyni hobbilərinizin olması, daha çox kefli vaxt keçirmək deməkdir. Birlikdə hobbi dəftəri tutun!
-Xüsusi günləri unutmayın. İlk dəfə göz-gözə gəlməyinizin tarixini də unutmayın.
-Əl-ələ tutmaq güvən duyğusu verər. Əl-ələ tutun!
-Kiçik jestlər aradakı eşqi böyüdür. Jestlər edin!
-Uzaqda vaxt keçirmək bir-birinizi daha yaxşı tanımaq üçün ən yaxşı üsuldur. Tətilə çıxın!