Qadin.NET / Qorxularımdan qorxuram

Qorxularımdan qorxuram

 

Qorxularımdan qorxuram

 

 

Nur üzlüm Səni itirməkdən yaman qorxuram, qorxuram ki, səni birdə görməyim,qorxuram ki, səsini eşitməyim.Qorxuram ki, fələk ayırsın bizi.Qorxuram yaşayım qüssə ilə mən Sənsizliyi.Yalvarıram Allahım Sənsizliyi rəva  görməsin mənə.Talesiz həyatımı acıya döndərməsin.Bilirəm günahdır, bilirəm yol yoxdur.Bilirəm ki, bu istəyin axırı sonluqdur.Ancaq neyləyə bilərəm ürəklə bacarmıram. Allah qorusun səni.

Saçlarının hər ağ dənəsi Mənim rahatlığımdır. Ruhum xəyalının sadiq köləsidir.Cismim Sənsizliyə məhkum edilmiş,nur üzündəki işiq həyatımın işığıdır.Sevən ürəyim var, sənlə böləsi.Həsrətin çat salıb, bağrımı dəlib...Qoy elə həsrətin mənə yar olsun.Təki Sənin sağlığın yerində olsun.Mən əziz sanaram bu yad qonağı.Sevirəm, qismətim intizar olsa da.Yenə də  Sən üzülmə Nur üzlüm mənim. Təki Sənin varlığın,sağlamlığın daimi olsun.Mən bunu yazarkən necə acı çəkdiyimi izah edə bilmərəm Sənin acı çəkdiyini görən qədər.Qoy acını mən çəkim Səni belə görmək və Səndən uzaqda qalıb bir şey etməmək məni öldürür.


Bir insanın  çarəsizlik anında yazdıqları...

2 iyul 2011
GO BACK