Fotoqraf Angelo Merindino və onun həyat yoldaşı Cenifer xoşbəxt bir evliliyin sevincini yaşayırdılar.
Lakin bu sevinc uzun sürmədi. 5 ay sonra Ceniferin döş xərçəngi olduğu ortaya çıxdı. Cütlük bu xəbər qarşısında böyük sarsıntı keçirtdi. Bu xəstəliklə mübarizədə Ceniferə ən böyük dəstəkci məhz əri oldu.
O, Ceniferin xərçənglə mübarizəsini demək olar ki, günbəgün fotoya köçürmüş, yaddaşa həkk etmişdir.
Bu şəkillərə ürək ağrısız baxmaq mümkün deyil.
Hələ o son şəkil daha təsirlidir...
Bu şəkillərdən göründüyü kimi Cenifer bəzən pozitivliyini qoruyub saxlayır,
Bəzən isə bütün ümidləri tükənir,
Cenifere dəstək olan sadəcə əri deyildi. Atası, Anası, dostları bu müddət ərzində onu tək qoymadılar
Bəlkə də həyatının ən çətin günlərini yaşayıb Cenifer bu şəkillərdə
Sonuncu doğum günü, üfürüb söndürdüyü öz həyat şamı olduğunu bilə-bilə...
Bəzən artıq keşişin gəlməli olduğunu qəbul etmək...
Cenifer çox mübarizə apardı, hər zaman gümrah olmağa çalışdı. Amma..
bütün bunlara baxmayaraq..Sonuncu şəkildən məlum olur Ceniferin aqibəti..