Qadin.NET / Onu özünə aşiq et!

Onu özünə aşiq et!

Onu özünə aşiq et!

1. Görünüşünüzə diqqət göstərin

Qarşınızdakı sizi daha dərindən tanımadan əvvəl, fiziki görünüş kim olduğunuzu göstərmək üçün ilk detal hesab olunur. Həmçinin uyğun geyim seçmək qarşınızdakına nəzakətli görünməyin bir yoludur. Bir iş mühitidirsə, geyim qaydalarına diqqət edin. Qarşınızdakı insan geyiminizlə haqqınızda çox şey görə bilər.

Onu özünə aşiq et!

2. Ürəyinizdən gəldiyi üçün gülün.

Saxta bir gülüş qarşınızdakı insanda sizin qeyri-səmimi olduğunuz şübhəsini yarada bilər. Etibarsız biri olduğunuzu düşünəcəkdir. Bu ilk dəfə üçün yaxşı bir hal deyil. Qarşınızdakının zarafatına yalandan gülmək həm sizin, həm də onun üçün çox itici ola bilər. Təbii və səmimi münasibətlər qurmağa çalışın. 

Onu özünə aşiq et!

3. Qarşınızdakı insanın gözlərinin içinə baxın.

Qaçırılan baxışlar öz güvən azlığını göstərir. Qarşınızdakı insan baxışlarınızı qaçırdığınızı göründə manipulasiya edilməyə hazır olduğunuzu düşünə bilər.  

Onu özünə aşiq et!

4. Utancaq insan obrazı yaratmaq istəmirsinizsə, əllərinizin dayandığı vəziyyətə fikir verin.

Çox insan untandıqda əllərinə baxır. Qarşındakı insanın üzünə baxmaqdan çəkinər. Tanış olduğunuz insan daim əllərinə baxıb, əlləri ilə oynayırsa, bu insan utancaq və həssas biri ola bilir. Əlləriniz görünən formada tutun, masanın üzərinə və ya dizinizin üstünə qoymaq kimi. 

Onu özünə aşiq et!

5. Səs tonunuza diqqət edin.

Eyni şəkildə səs tonu da qarışınızdakı insana təsir edən detallardan biridir. Asta səslə danışmaq sizi, əllərinə baxan biri kimi utancaq damğası qazana bilərsiniz. Özündən əmin və düzgün bir səs tonu ilə iş görüşmənizdə də uğurlu nəticələr əldə edə bilərsiniz. Səsinizi qaldırmaqdan çəkinməyin. Amma narahat edəcək qədər səsinizi qaldırmayın.

 

Onu özünə aşiq et!


27 iyun 2017
GO BACK