Qorxu sevən bir cütlük bir-birinə olan bağlılığı göstərdiyinə inandığı üçün vampirlər kimi bir-birilərinin qanını içirlər. Ancaq filmlərdə və kitablarda gördüyümüz kimi boyunlarını dişləyərək qan əmmirlər. Bunun yerinə tibbi iynələr vasitəsi bir-birindən qan alıb, şüşə qablardan içirlər.
Denis Alberto adlı adam, "Qan bizim üçün mifoloji bir vücud mayesidir. Bizim üçün həyatı təmsil edir. Evli cütlüklər necə üzük taxırsa, biz də eşqimizi və bağlılığımızı göstərmək üçün qan içiririk." sözləri ilə rituallarını açıqlayır.
Mirror-ın xəbərinə görə 30 yaşındakı Deniz, 20 yaşındakı sevgilisi İlaria ilə 3 il öncə sirk üçün köməkçi axtararkən Facebook vasitəsilə tanış olmuşdur. İtalyan cütlük o gündən bəri vampirli qorxu səhnələrini birlikdə nümayiş etdirirlər.
Vampir rolları sirkdən kənarda da davam edir. Evlərində bir-birinin qanını içən cütlük, bunun evlilik üzüyü kimi normal olduğunu düşünür.