Aşıq olan insanın beynində adətən, hormon fırtınası olur. Əvvəlcə həzz və kef verən dopamin, sonra xoşbəxtlik verən serotonin, ardından da "asılılıq"dan cavabdeh oksitosin hormono sekresiyalanmaya başlayır. Beyin "empatiya" ilə bağlı bölgəsinin dövrəyə girməsi ilə böyük eşqin heç bir qüsuru görünməz olur. Beləliklə "eşqin gözü kordur" sadəcə bir deyim olmaqdan çıxır və elmi bir həqiqətə çevrilir.
Hər insanın xəyallarını bəzəyən eşqin, sadəcə duyğusal deyil eyni zamanda fiziki bir vəziyyət olduğunu bildirən Bayandır İçerenköy Xəstəxanası və Levent Tibb Mərkəsi Ruh Sağlamlığı xəstəlikləri mütəxəsissi həkim Esra Uğurlu Koçer, "eşq"in meydna gətirdiyi fiziki və duyğusal dəyişimləri qeyd etdi. Eşq, sanki illərdir çatışmazlığı hiss etdirən, tapıldığında da həyatın bütün mənalarının dəyişə biləcəyinə inanılan bir duyğu olaraq bilinməkdədir.
Beyni də ələ alır
Eşq, sadəcə duyğusal deyil eyni zamanda fiziki bir müddətdir. Aşiq olan insanın davranışlarında dəyişikliklər yaranır. Bu dəyişiklikləri də fiziki münasibətlləri aydınlaşdırır. Eşq, insan beyni üçün bir növ həzz mənbəyidir. Dopamin ilə əlaqəli bu sistem, serotonin də azalmasına səbəb olur. Eyni zamanda "sevgi hormonu" olaraq bilinən oksitosinin buraxılması ilə birlikdə mexanizması dövrəyə girir.
Çırpıntı, əllərdə titrəmə, iştahsızlıq yaşanır
Aşıq olan insanda davranış dəyişiklikləri görünməyə başlanır. Əvvəlcə enerji artımı ortaya çıxır. Xüsusən, aşiq olduğu insan ilə qarşılaşdığında çırpıntı, əllərdə titrəmə,yuxusuzluq, iştahsızlıq yaranır. Eynilə bağlılıqda olduğu kimi sevdiyindən uzaq qaldığında məhrum edilmiş hiss edər, takıntı bir hal alar və bir an əvvəl ona çatmaq üçün tez hərəkət etməyə başlayır. Bu hərəkətlər də səhv etməsini asanlaşdırır.Yəni eşqin başlanğıcındakı xoşbəxt enerji artımı bir müddət sonra narahat bir enerji artımı halına çevrilir.
Bəli! Eşqin gözü kordur
Beynin bəzi hissələri empatiya il birbaşa əlaqədədir. Aşiq olduğunuzda qarşınızdakı insana qarşı dözümlüyünüz azalır. O nə deyirsə, doğrudur, etdiyi hər şey normaldır. Yəni bir mənada "eşqin gözü kordur".