Hər insan həyatı boyunca bir dəfə də olsa özlərini eşqə buraxmaq istəyir. Kimi xarici görünüşə, kimi əyləncəyə, kimi səmimiliyə, kimi dürüstlüyə aşiq olur.Bu belə davam edər. Aşiq olmaq üçün minlərcə bahanə tapan bu insanlar doğurudan da aşiq olarsa, asanlıqla da birinə aşiq olduqlarını qəbul edərlər. Amma ağıllı insanların vəziyyəti eyni deyil. Ağıllı insanlar hər şeyi ən incə detalına qədər fikirləşir, sadəcə güzəl görünüşə aldanmırlar. Bu səbəbdən də çox çətin aşiq olurlar.
Ağıllı insan qarşılarındakıları da düşünürlər
Ağıllı insanlar ilk görüşdə eşqə inanmırlar. Qarşılarındakı insana aşiq olduqlarını hiss etdiklərində onun hisslərini də analiz edər və bir-biriləri ilə uyğunlaşıb uyğunlaşmayacaqlarını hesablayırlar.
Xarici görünüşü vacib deyil
Ağıllı insanların öncəliklərində xarici görünüş yer almır. Xarici görünüşdən sadəcə qarşılarındakı insanı analiz etmək və onun hisslərini, şəxsiyyətini öyrənmək üçün istifadə edirlər.
Şübhəci ola bilirlər
Ağıllı insanlar ümumiyyətlə hər detalı hesablayır, beləliklə, həyatlarını şəkilləndirirlər. Qarşısındakına qarşı şübhəci hərəkətlər sərgiləyir və əvvəlki münasibətlərində yaşadıqları hadisələri izlərini yeni münasibətlərində də axtarırlar. Bunun səbəbi əvvəlki münasibətlərində yaşadıqlarını mənfi hadisələri təkrar yaşamaqdan qorxurlar.
Hər detalı fikirləşən ağıllı insanlar, əgər tənha olduqları zaman xöşbəxtdirlərsə və həyatlarında hər şeyin yolunda olduğunu fikirləşib bir əksiklik hiss etmirlərsə, yeni bir münasibətin onların nizamını pozacağından qorxaraq bu münasibətə adım atmaq istəməyə bilirlər.
“ Başqalarına bağlanmaq” fikrinə çox bağlanırlar
Ağıllı insanlar ümumilikdə özərini heç vaxt tam olaraq göstərməzlər. Onlar üçün özlərini tam göstərmək demək başqalarına bağlanmaqla eyni mənadadır. Beyinləri davamlı aktiv olan bu insanlar bunu da unutmamalıdır ki, hər insan eyni deyildir və hər yeni insan yeni bir məcaradır.