Qadin.NET / Qısqanclığın sərhədi

Qısqanclığın sərhədi

Qısqanclığın sərhədi

Nişantaşı Psikiyatri mərkəzindən həkim Rıdvan Üney, qısqanclıq ilə bağlı bəzi məlumatlar verdi.

“ Hər kimsə bir üstünlük göstərdik də və ya sevilən birisinin başqası ilə maraqlandığı  qənaətinə gəldikdə yaranan gərgin vəziyyətə qısqanclıq deyilir. Günümüzdə bu məsələ cütlüklər arasında yaşanan ən böyük problemlərdəndir. Hətta bəzən nəticələri şiddət, cinayətə qədər getməkdədir. Qısqanclığın hara qədər normal, haradan sonra problemli bir vəziyyət olduğunu bilmək lazımdır.” söylədi.

Qısqanclıq duyğusu ilə 2-3 yaşında tanış olursunuz

“Yaşamımızım başlamağı ilə hər şeyi paylaşmağa başlayarıq. Gördüyümüz marağın azaldığını hiss etdiyimizdə qısqanclığımız yəni həsəd başlayar. Qısqanclıq hissi 2-3 yaşlarında inkişaf etməyə başlayır. Atanı anaya qısqanmaq ya da ananı ata ilə paylaşmaq ilk qısqanclıqdır. Sonrasında qardaş və ya bacı dünyaya gəlir, bu dəfə ana və atanı birlikdə qısqanmaq olur.”

Həddindən artıq qısqanclıq həyatı yaşanılmaz edər

“Yeniyetməlikdə başlayan və yaşlılığa qədər davam edən müddətdə, sevgili və ya həyat yoldaşın qısqanılmağa başlanılır. Qısqanclıq, qarşı cinslə münasibətdə təbii qarşılanan bir vəziyyətdir. Heç qısqanmamaq nadir hallarda ola bilir. Qısqanclığın haraya kimi normal qarşılanmasının lazımolduğu hər zaman müzakirədədir. Qadında da kişidə də həddinnən artıq qısqanclıq həyatı yaşanılmaz edər. Bunu davranış pozutusu olaraq dəyərləndirə bilərik.”

Qısqanclığın sərhədi

Sevgilinizin həddinnən artıq qısqanc olduğunu bildirən əlamətlər

- Qısqanclıq səbəbi ilə aranızda yaranan davalar və münaqişələr olur.

- Fiziki və ya söz ilə şiddət meydana gələ bilər.

- Harada isə hər şeyə sübut saymağa başlayar.

- Aranızda danışarkən məsələ ancaq qısqanclıq olur.

- Qısqanclıq krizləri münasibətinizin sonlanmasına səbəb ola bilər.

- Geyiminizə və makiyajınıza qarışar

- Sosiyal şəbəkə hesablarınızı bağlatdırır.

- Telefonlarınızı qulaq asar.

- Tez-tez telefonla harada olduğunu soruşar.

- İşinizə ani basqınlar edər.

- Tək evdən çıxmağınızı istəməz. Hətta evə sizinlə birlikdə getmək istəyər.

- Həddinnən artıq şüpləli davranar.

- Evə hər hansı bir səbəblə gecikməyiniz böyük davalara yol açar.

- Davamlı günahsız olduğunuzu sübut etmək durumunda qalırsınız.

- Bəzən heç ağlınıza gəlməyəcək, qəribə ya da gülməli aldatma ssenariləri dilə gətirər.

Əgər belə problemlər yaşayırsanız əvvəlcə ona bir az daha çox qayğı götərin. Onunla bir az daha vaxt keçirməyə çalışın. Ancaq bunlara rəğmən dəyişiklik yoxdursa yoldaşınızı evlilik psixoloquna aparın.

 

 

27 mart 2018
GO BACK