Romantikanı sevməyən qadın varmıdır? Bəlkə də romantikanı sevməyən deyil, romantika anlayışı fərqli olan qadın vardır. Kişilərlə bu məsələdə eyni fikirdə olmadığını fikirləşən qadın, bəzən də kişinin romantika anlayışının çiçək almaqla məhdud olması fikiri ilə razılaşır.
Qadın və kişi arasında yüz illərlə davam edən bu sevgi bağı sonunda əlbəttdə evliliklə taçlanır. Ancaq eşq bir yerdən sonra yerini sevgiyə verərsə, romantikanın əksikliyi hiss edildiyində bu evliliyin aqibəti nə olar? Nə etsin kişilər, silahlarına sarılıb qadınlarla romantikadöyüşünə hazırsınızmı? Bəs qadınlar?
Qadınlar doğurudan da romantikanı sevmirlərmi?
Qadın yaradılışına görə kişilərdən daha duyğusal, daha zərifdilər. Əlbəttdə hər qadın romantikanı həyatının bir yerinə qoymuşdur. Bir kişi bunu mənalı və sevdiyi qadına bu duyğunu yaşamaqdadır. Əslində hər şey qarşılıqlı gözləntiləri söyləyib, razılığa gəlməklə bağlıdır. Bir qadının dərdi romantika ilə deyil, romantika anlayışının qəliblərlə məhdudlaşdırılmış olmasıdır. Çünki qadın həmişə özünü yeniləmək istəyir.
Romantika məsələsində yola gedə bilməyən qadın və kişi nə etməli?
- Əvvəlcə cütlüklər qarşılıqlı danışa bilməyi bacarmalı və zamanla bir-birini kəşf etməlidir. Bu romantikanın başladığı, əllə tutulub gözlə görülməyən, amma yenə də səmimiyyətlə hiss edilən o ən gözəl mərhələsidir.
- Cütlüklər eyni şeyə gülə bilməlidirlər. Ortaq bir xatirəyə sahib olmaq üçün hər iki tərəf də aralarındakı əlaqəyə özlərindən bir şey qatmalıdır.
- Bunların yanında insan konkret şeylər də görmə ehtiyacı hiss edir. Hər iki tərəfində gözləntisini qarşılayacaq gəzinti, tətil planları edilə bilinər. Cütlükləri bir-birindən ayıracaq şəxsi zamanlara da ehtiyacı vardır.
- Ortaq bir keçmiş yaratmaq bir az da kiçik süprizlərdən keçir. Təbii ki, bir qadına çiçək ya da hədiyyə vermək səhv bir hərəkət deyil. Bunlar da romantizimin yüz illərlə dəyişməyən hissəsidir. Sadəcə bir az yaradıcı olmaqda fayda var.
-Romantika deyiləndə ağıla gələn ilk fiqur qadın olsa da, kişinin də duyğuları olduğunu yaddan çıxartmamaq lazımdır. Bir qadın da istər hədiyyələr, istərsə də gözəl sözləri ilə kişinin ürəyini fəth etsin.