Şəhərin qarmaqarışıqlığından, iş həyatından və günlük qaçışdırmalardan sosiallaşmaya vaxt tapa bilmirik. Buna görə də yeni insanlarla tanış olma fürsətimiz olmur. Bir gün təsadüfən biri ilə qarşılaşdınız və o insanın sizin həyatınızın eşqi olduğunu fikirləşirsiniz. O sizi görüşə dəvət etdi və siz həyəcandan nə etməyiniz, necə davranmalı olduğunuzu bilmirsiniz? Onda sizin üçün hazırladığımız bu maddələrə baxa bilrsiniz:
-Yeni biri ilə tanış olmağa getmədən əvvəl planlar qurmayın. Anın dadını çıxardın və günün sizi nələr gətirəcəyini yaşayaraq öyrənməyə çalışın.
-Rahat olmağa çalışın və ən vacibi də özünüzə güvənin. Yaddan çıxartmayın ki, bir kişiyə təsir etmək üçün ən vacib yollardan biri özünüzə olan güvəninizdir.
-Şübhəsiz qadınların onları güldürən kişilərdən xoşları gəldiyini bilirik. Ancaq eyni vəziyyət ilk görüşdəki kişilər üçün də keçərlidir.
-İkinci görüşmə üçün dəvət gözləməyin. Ürəyiniz o an nə istəyirsə (kinoya getmək, gəzmək və ya bir yerlərdə oturmaq) bunları qarşınızdakı ilə paylaşmaqdan çəkinməyin.