Qadin.NET / Evlənəciyiniz insandan bunu soruşmalısınız

Evlənəciyiniz insandan bunu soruşmalısınız

Eşq sağlam bir evlilik üçün çox vacibdir. Ancaq evlənmədən əvvəl ağıl tərəzisinə qoymağınız lazım olan məsələlər var. Evlənmədən əvvəl sevgilinizdən soruşmalı olduğunuz suallar:

Evlənəciyiniz insandan bunu soruşmalısınız

Sənə sevildiyini hiss etdirən şeylər nələrdir?

Hər kəsin sevgisini göstərməsi fərqlidir. Bəzi insanlar sevgisini yemək bişirərək, bəziləri qucaqlayaraq, bəziləri sözləri ilə göstərir. Bəzən bu qarşınızdakı üçün kafi olmaya bilər. Gələcəkdə bir problem yaranmamasını istəyirsinizsə aranızdakı buludları indidən qaldırın.

Evlənəciyiniz insandan bunu soruşmalısınız

Nə qədər borcun var?

Həyatlarınızı birləşdirdiyinizdə maddi mənəvi bütün problemləri altından birlikdə qalxmalısınız. Borclar da bu problemlərdən biridir. Maddi sıxıntıların evləndikdən sonra başınızı ağrıtmasını istəmirsinizsə qarşınızdakına nə qədər borcunuz olduğuu dürüstcə deyin və ondan da dürüstcə deməsini istəyin. Birlikdə borclarınızı necə ödəyəcəyinizi fikirləşin.

Evlənəciyiniz insandan bunu soruşmalısınız

Ailələrimizlə orta yolu necə tapacağıq?

Ən məşhur boşanma səbəblərindən biri ailələr arasındakı davalardır. Biri ilə evləndiyinizdə ondan ailəsindən imtina etməsini istəyə bilməzsiniz. Sizdə ailəlinizdən imtina edə bilməzsiniz. Bu səbəblə edilməsi lazım olan arada körpü yaratmaq və iki tərəfli də xoşbəxt olmanın bir yolunu tapmaqdır.

Evlənəciyiniz insandan bunu soruşmalısınız

Ən çox kimin fikrinə əhəmiyyət verirsən?

Burda cavabın “ sən” olmasını gözləməyin. Bu sualdakı məqsəd qarşınızdakının fikirlərinə kimin təsir etdiyini  öyrənərək əvvəlcədən bəzi tədbirlər almaqdır. Bununla birlikdə bir-birinizə dəyər verdiryiniz kişilərlə tanış olmaq dürüstlük və səmimiyyətin göstəricisidir.

Evlənəciyiniz insandan bunu soruşmalısınız

Evinizdəki iş bölümü necədir?

Bunun vacib bir fakt olduğunu fikirləşə bilərsiniz, ancaq kişilərin evlərində gördükləri iş bölümü gələcəkdə evləndiklərində aldıqları məsuliyyətlərə böyük dərəcədə təsir edir. Məsələn, qəbzləri atanız ödəyirsə, evləndiyinizdə ərinizin ödəməsini gözləyirsiniz. Yaxud da yeməkləri ananız bişirirsə evləndiyinizdə xanımınızdan gözləyirsiniz. Ancaq onun ailəsində iş bölümü fərqli ola bilər.

Evlənəciyiniz insandan bunu soruşmalısınız

Duyğusal və psixoloji inkişafımızı tamamladıq?

İki tərəfin də duyğusal və psixoloji inkişafını tamamlamış olması arasındakı münasibətin sağlamlığı və gələcəyi üçün böyük əhəmiyyət daşıyır. Bir-birinizlə ünsiyyətinizi, sevginizi göstərmə formanızı gözdən keçirin.

Evlənəciyiniz insandan bunu soruşmalısınız

Uşaqlar haqqında nə fikirləşirsən?

Evlənmədən əvvəl mütləq bilməyiniz vacib olan məsələlərdən biri də sevgilinizin uşaq istəyib istəməməsidir. Çünki bütün evliliklərdə söhbət bir gün uşağa gəlir. Hətta bir çox evliliyin bitmə səbəbi qarşınızdakının uşağa sahibi olub olmamaq məsələsində razılaşa bilməməkdir. Bu səbəbdən əvvəlcədən bu məsələdə bir-birinizin fikirlərini öyrənin.

Evlənəciyiniz insandan bunu soruşmalısınız

Ananla atanın aralarındakı münasibət necədir?

Ana və ataların münasibəti, bir-birilərinə olan sevgiləri və sevgilərini göstərmə forması uşaqlara çox böyük bir təsir edir. Bu məsələdə haqqında məlumat alaraq sevgilinizi daha yaxından tanıya bilər, travmaları varsa əvvəlcədən öyrənə bilərsiniz.

Evlənəciyiniz insandan bunu soruşmalısınız

Bir münasibəti nə bitirər?

Bəziləri üçün aldatma, bəziləri üçün şiddət, bəziləri üçün həyəcanın ya da hörmətin itirilməsi  münasibəti bitirməyə səbəb ola bilər. Bu problemin cavabını münasibətinizin bitrmə nöqtəsinə gətirəcək hərəkətlərə qarşı əvvəlcədən tədbir ala bilərsiniz.

28 fevral 2017
GO BACK