Qadin.NET / Ötən günlərə bir nəzər...

Ötən günlərə bir nəzər...

Ötən günlərə bir nəzər...

Gecələrin sənsizliyi ilə barışmaq çox çətindir...Yoxluğunla barışmaq.....Bir əzabdır çəkirəm bu anımla!

         Bu günlərimdə sənli xatirələrim sənsiz gecələrimə üsyan edərək bağırır “get ” deyir bu acılara,sənsizliklərə.Əlini uzadaraq arxanca qoyduğun izlərə doğru qaçır,səni...səni səsləyir.

         Niyə bir payız gününün üfüqlərə sovurduğu külək əllərimizi qopardı?!Səni alıb apardı məndən...Bilmədiyim,tanımadığım yerlərə...Arxanca göz yaşı buraxıb necə getdin?Bunu necə bacardın?!

Sən getdin...Buludlar sevgimizə,mənim sevgimə baxıb göz yaşı tökürdülər.Aradan çox vaxt keçib.Artıq öyrəşmişəm sənsizliyə....Sənsiz gecələrə...Sənsiz açılan səhərlərə...”O gələcək ” deyən ümüdlərə...hər şeyə

Artıq yastığımdakı “sənsizlik” adlı göz yaşlarım da quruyub.Hər şey artıq adiləşib.Hər şeyi qəbul etmişəm artıq...Bircə ürəyimdəki boş yerin də dolub,səni unutdura bilsəydi...

Unutduracaq,buna inanıram.Çünki heç kim unudulmaz deyil.Ən əsası isə heç kim əvəzolunmaz deyil.Səndən daha vəfalıları,daha sadiqləri çıxacaq qarşıma.O zaman....Bax o zaman o xoş günlərdə bu qəmginliyimi düşünərkən üzdə yaranan kiçicik məsumiyyət,dodaqlardakı həfif gülümsəmə  və heyfslənmək...daha heç nə!

Səndən mənə xatirə olaraq yalnız bu qalacaq...Yalnız bu....

21 iyun 2011
GO BACK