Tibb bacısı
Bu qadınlar sindrellaya bənzəyirlər. Onlar sevdikləri üçün hər şey etməyə hazırdılar. Təmizləməyə, bişirməyə, yığışdırmağa, hər şey etməyə hazırdılar. Bu qadınlar öz arzu və istəklərini ikinci plana keçirlər, bəzən də unudurlar.
Səhvləri : Qarşı tərəfə həddindən artıq qayğı göstərdikləri üçün özlərini unudurlar. Öz arzularını reallaşdıra bilmirlər.
Bunun öhdəsindən necə gəlməli? İlk növbədə bir şeyi başa düşmək lazımdır. Sevdiyiniz insanın anası olmayın. Bununla, o sizi daha çox sevməyəcək.
Lolita
Lolita tipli qızlar özlərindən yaşca böyük kişilərə vurulurlar. Onlar üçün qarşı tərəfi atalarının yerinə qoyur, özlərini balaca qız kimi aparırlar. Onun qayğısına və qorumasına sığınırlar.
Səhvləri: Bu cür münasibət Lolita üçün sadəcə keçid dövrüdür. Belə qızlar yetişkin münasibətlər qurmağa hazır deyil. Gec ya tez qarşı tərəfə olan maraq və istəkləri yoxa çıxır.
Bu qızların başa salmaq elə də asan olmur. Onlar qarşı tərəfin ağlına, ya da onu qorumasına vurulurlar.
Yatmış gözəl
Bu qızlar tərbiyəli, ağıllı və cəlb edici olurlar. Onlar dostları çox olur. Xüsusilə, gənc oğlanlardan ibarət ətrafları olur. Onlardan birinə aşiq olmuş olur. Üstündən 3 il keçsə də, bunu etiraf etmirlər.
Səhvləri: Yatmış gözəl kimi, yatırlar və sevgi öpüşünü gözləyirlər. Bu qızların problemi kişilərə güvənməməkdir. Onlar saatlarla qarşı tərəfin yazmağını gözləsələr də, bunu etiraf etməzlər. Onlara görə hər şeyi kişi etməlidir.
Qarşı tərəfə cavab vermək lazımdır, o bundan sonra nə edəcəyini onsuz biləcək.
Mişar
Münasibətin başlanğıcında şən və zarafatcıl olur. Elə ki, oğlanın evinə köçdülər dəyişməyə başlayırlar. Mişar kimi xoş münasibəti kəsirlər. Onların hər şeylə bağlı narazılıqları başlayır.
Səhvləri: Onlar qorxurlar ki, ətrafdakı insanlar onların çatışmamızlıqlarını görər. Hər kəsin diqqətinin onda olduğunu düşünür. Bu insanlar yoldaşları onları dəli kimi sevsələr də, rahatlamaq üçün nələrdənsə özlərini məhrum buraxırlar.
Brus-li
Güclü qadınlar, onlar bütün problemlərini özləri həll etməyi sevirlər. Başqalarından kömək istəməkdən xoşları gəlir.
Bu qadınlar adətən uşaq vaxtı valideynlərinin onlara dəstək olmaması ilə əlaqəli belə olurlar. Bütün çətinliklərin öhdəsindən özləri gəlməli olurlar. Zaman-zaman onlar bütün problemlərlə təkbaşına mübarizə apardıqları üçün özlərinə yazıqları gəlir.