Qadin.NET / Üzr istəməsən, ölərəm

Üzr istəməsən, ölərəm

Üzr istəməsən, ölərəm

"Telegraph" qəzetinin xəbərində aparılan bir araşdırmaya görə, kobud və qırıcı hərəkətə məruz qaldıqdan sonra üzr istənilməsini gözləyən qadınlarda təzyiq, ürək infarktı keçirmə riskinin artır.

Araşdırma zamanı məlum olub ki, üzrü vaxtında eşidən qadınlar tez sakitləşirlər, təzyiqləri yüzdə 20 daha tez normala dönür. 

Amerika Birləşmiş Ştatlarının Massachusetts Universitetinin tibb fakultəsində işləyən elm adamlarının apardığı araşdırma zamanı 29 kişi və 59 qadının təzyiqləri ölçüldü. 

Üzr istəməsən, ölərəm

Araşdırma zamanı kişi və qadın iştirakçıların hər birindən riyazi testi 5 dəqiqə içində bitirmələri istəndi. Test zamanı 3 hissəyə bölünmüş iştirakçılara kobud şəkildə tələsmələrini dedilər.

Testin sonunda " kifayət qədər yaxşı olmadıqları aşkar olduğu" söylənərkən, bundan 2 dəqiqə sonra araşdırmaçılar qadın və kişilərdən üzr istədilər. Üzr istənilən qadınların kişilərdən daha tez sakitləşdiyi ortaya çıxdı. Kişilərin sakitləşməsi isə xeyli vaxt aldı. 

Təzyiqin artmasının infarkt riskini artırdığı məlumdur.

 

3 fevral 2017
GO BACK