Qadin.NET / Yaxşı insanı necə sevməli?

Yaxşı insanı necə sevməli?

Özünü tanı 

Yaxşı insanı necə sevməli?

İlk öncə sən öz ehtiyaclarınla qarşılaşıb, kim olduğunu anlamalısan. Özünü tanımaq üçün vaxt ayır. Bir vərəq götür və gələcək partnyorunda görmək istədiyin xüsusiyyətləri yaz.

Sənin üçün vacib olan nədir? Ailə? Karyera? Dostların? Ədalət? Yaxu başqa nəsə? Sənin üçün önəmli olanların siyahısını yaz.

Sevəcəyin insanın necə olmasını istəyirsən? Başa düşən? Mehriban? Güclü? 

Nə istədiyin haqqında düşün 

Yaxşı insanı necə sevməli?

Yaxşı insana vurulmaq üçün, ilk öncə həmin insandan nə gözlədiyini müəyyənləşdirməlisən. Hər şey barədə siyahı tut.

Sənin sevəcəyin şəxsin hansı xüsusiyyətləri olmalıdır? Məsələn, onun qiraətçi olmağını istəyirsən? Yemək bişirməyi sevən biri? Ailəsinə bağlı olan biri? 

Öz qayğına qal 

Yaxşı insanı necə sevməli?

Fiziki cazibə hər şey deyil, amma ilk baxışda başqalarını görünüşlə cəlb edirik. Öz qayğına qalmaq, sənə özündən əminlik verəcək. Özündən əmin olmaq cazibədarlığın birinci şərtidir. 

İlk öncə etməli olduqlarının siyahısını tut. Yaxşı yatmaq, məşq etmək, pəhriz və s.

Özünə yeni geyimlər al

Əmin ol ki, özünə dincəlmək üçün kifayət qədər vaxt ayırmısan. 

Öz ehtiyaclarına güvən

Yaxşı insanı necə sevməli?

Bəzən biz arzuladığımızdan fərqli insanlara vuruluruq. Sizin üçün uyğun insan ehtiyaclarınızdan və istəklərinizdən təşkil olunmuş insan olur. Ona görə öz arzularınıza güvənməlisiniz. 

Təmizlik et 

Yaxşı insanı necə sevməli?

Əgər sizə yaxşı davranmayan biri ilə hələ də münasibətiniz davam edirsə, onunla olan münasibətinizi kəsin. Əgər münasibətdə olduğunuz insanın necə olduğuna qərar verə bilmirsinizsə, onun sizə necə davrandığı ilə bağlı siyahı tutun. O aqressivdir? Kobuddur? Sizi idarə edir? 

Çalışın yaxşı keyfiyyətlərini də gözdən qaçırmayasınız. Çalışın sizə qayğıkeş, mehriban davranan yaxşı insanları tapasınız.

Mənbə: http://www.wikihow.com/Fall-in-Love-With-a-Nice-Person

Tərcümə edən: Aidə Ustaclı

19 yanvar 2017
GO BACK