Ay da durub hərəkətsiz, pəncərənə baxar, baxar.
Ulduzları göydən üzüb, ipək tülə taxar, taxar...
Göydə bulud dəstələnər,xəyalın tək axar, axar.
Bulud gözüm şəbnəm çilər, bağçanıza yağar, yağar...
Gecənin qara qəlbini, Dan ulduzu boğar, boğar.
Sevgi nədir?
Sevgi... Yaşanmayacaq qədər gözəl, dərk edilməyəcək qədər sadə, doyulmayacaq qədər doyulmaz duyğudur. Sevgi, çiçəklər sinfindən bir bitkidir. Onu gözəlləşdirən sadəcə sevgidir. Sevgi sabitdir. Qərarsız olan bizlərik. Sevgi, güvənlik verir, insanlar xəyanət edər. Sevgiyə güvənmək olar, insanlara ƏSLA!
Sevgi pislik görəndə azalmayan, yaxşılıq görəndə çoxalmayandır. Sevgi insana nə yuxarıdan gələn yüksək bir güc, nə də insanlara zorla qəbul etdirilən bir duyğudur. Sevgi ruhun gözəlliyidir. Sevgi peşmançılıq duymamaqdır. Çünki o anları istəyərək yaşamısan. Sevginin ölçüsü, ölçüsüz sevməkdir. Sevgi, qaranlıqda yandırılan bir şam işığı kimidir. Sizə yolunuzu göstərir, amma uzaqda nə olduğunu göstərməz. Sevgi, yaşamın gücüdür. Sevgi insana güc verir, cəsarət verir, həyata qatılma istəyi verir, yaratma istəyi verir. Sevgi, insan duyğularının ən gözəli, insana ən yaxın olandır. Sevgi, həyatın zənginliyidir və bir gənclik duyğusudur. Dönüb bir ağ göyərçinə, Günəş sizin evdən çıxar...