“Üzü gözümdən getmir.” Unuda bilmirəm !
Bu unudulmayan sevgini xatırladan sözlərdir.
Keçmişdə yaşanan sevgi hərkəsə bir cür təsir edər.Münasibətin bitməsindən əziyət çəkən sevgili nə etsədə xatirələrdən qurtula bilmir və acı çəkir , lakin “zaman hər şeyin əlacıdır “deyiblər Zamanın geçməsiylə duyğuların şiddəti azaldıqca insan həyatından dərs ala bilir.Bu da sonradan yaşaya biləcəyi münasibətlərini sağlam qurma imkanı əldə edə bilməsi deməkdir.Ayrılığın verdiyi acı kişinin yaşantısına davam etməsini əngəlləyirsə ,unutmaq zorlaşır və əzabın azalması zaman alır. İnsan bir xəyanətə uğrayarsa və qüruru bunu bağışlamağa imkan verməzsə onsuzluq özü bir əzabdırsa bu əsl çarəsizlikdir .Tənhalıq özü keçmiş sevgili haqqında düşünməyə insanı vadar edir.İnsan elə bir məfhumdur ki, Allah onun tək olmasını belə qadağa edib .Hər kəs sevildiyini hiss etmə ehtiyacı duyar .Biz anadan oluruq valideyinlər tərəfindən sevilirik sonra sevginin başqa növünü axtarmağa başlayırıq və sevilmə ehtiyacını duyuruq ,çünki insan sevildiyini hiss etdikdə cəsarətlənir,xoşbəx olur, özünün önəmli olduğunu hiss edər .Gecmişdə bitən sevginin bugün üçün həlli yolunu tapma ehtiyacı duyulduğunda xatırlanar. Lakin keçmişdə bir bitmiş sevgi varsa demək ki , o anda doğru verilən qərar düzüymüş. Keçmiş sevgi bu gündə yaşanılmayan hələdə boşluqda olunan həyatın nəticəsində yaranar.Tənhalıq anında səni yaxalayar və narahatlıq verər bəlkə bugün birlikdə olsaydıq ?,bəlkə o qərarı qəbul etməsəydik?, bəlkələr sizi narahat edər ta ki , ondan qurtulmayana qədər.