Mzznaki Tetteh adlı bu xanım Ganada tibb bacısı işləyir. Günlərin bir günü tikinti şirkətində işləyən gənc oğlana aşiq olur və beləcə sevgi hekayələri başlayır. Onların sevgisindən hər iki gəncin sosial şəbəkə dostları xəbərdar olur və daim onlara dəstək çıxırlar.
Bir neçə gün əvvəl cütlük nişanlanır və nişan əvvəli fotosessiyalarını sosial şəbəkədə dostları ilə paylaşırlar. Şəkillərdən birində nişanlısı Kojo Amoah Mzznakini qucağına qaldırdığı an təsvir edilirdi.
Məhz bu şəkil sosial şəbəkədə sürətlə yayılmağa başladı.
Şəkili görənlər arasında cütlüyə dəstək çıxanlar, sevgi işarəsi qoyanlar və tənqid edənlər də oldu.
Hətta iş elə yerə gəldi ki, Mzznakinin artıq çəkisinə və sevgilisinin mənliyinə toxunacaq təhqirlər yazıldı.
Məhz bu tənqidlərdən sonra Mzznaki həvəsdən düşmədi, əksinə onlara "Nə yazırsınız, yazın.
Bu məni və özümə inamı məhv etməyəcək. Xoş sözləriniz üçün isə ayrıca təşəkkür edirəm" yazdı.
Həmin gündən Mzznakinin sosial şəbəkədəki izləyicilərinin sayı birə beş artdı.
Heç nəyə baxmayaraq cütlük bir-birini təmiz qəlblə sevirlər və yaxınlarda toy etməyə hazırlaşırlar.