Qadin.NET / Keçmişdə yaşanan sevgi

Keçmişdə yaşanan sevgi

Keçmişdə yaşanan sevgi

“Üzü gözündən getmir. Gözlərin hələ də ağlımda, unuda bilmirəm!" Bu unudulmayan sevgini xatırladan sözlərdir.

Keçmişdə yaşanan sevgi hər kəsə bir cür təsir edər. Münasibətin bitməsindən əziyyət çəkən sevgili nə etsə də xatirələrdən qurtula bilmir və acı çəkir, lakin “zaman hər şeyin əlacıdır“ deyiblər. Zamanın keçməsiylə duyğuların şiddəti azaldıqca insan həyatından dərs ala bilir. Bu da sonradan yaşaya biləcəyi münasibətlərini sağlam qurma imkanı əldə edə bilməsi deməkdir.

Keçmişdə yaşanan sevgi

Ayrılığın verdiyi acı şəxsin yaşantısına davam etməsini əngəlləyirsə, unutmaq çətinləşir və əzabın azalması zaman alır. İnsan bir xəyanətə uğrayarsa və qüruru bunu bağışlamağa imkan verməzsə, onsuzluq özü bir əzabdırsa, bu əsl çarəsizlikdir. Tənhalıq özü keçmiş sevgili haqqında düşünməyə insanı vadar edir. İnsan elə bir məfhumdur ki, Allah onun tək olmasını belə qadağa edib. Hər kəs sevildiyini hiss etmə ehtiyac duyar. Biz anadan oluruq valideyinlər tərəfindən sevilirik. Sonra sevginin başqa növünü axtarmağa başlayırıq və sevilmə ehtiyacını duyuruq, çünki insan sevildiyini hiss etdikdə cəsarətlənir, xoşbəxt olur. Özünün önəmli olduğunu hiss edər.

Keçmişdə yaşanan sevgi

Gecmişdə bitən sevginin bugün üçün həlli yolunu tapma ehtiyacı duyulduğunda xatırlanar. Lakin keçmişdə bir bitmiş sevgi varsa, demək ki, o anda doğru verilən qərar düz imiş. Keçmiş sevgi bu gündə yaşanılmayan,  hələ də boşluqda olan həyatın nəticəsində yaranar. Tənhalıq anında səni yaxalayar və narahatlıq verər. "Bəlkə bu gün birlikdə olsaydıq? Bəlkə o qərarı qəbul etməsəydik?" Bəlkələr sizi narahat edər ta ki, ondan qurtulmayana qədər.

28 aprel 2016
GO BACK