Qadin.NET / Rədd edilən eşq

Rədd edilən eşq

 

Rədd edilən eşq

Rədd edilən eşq

 

Qarşınızdakı insan sizi istəmir, lakin siz onu sevirsiniz. Bu bir şair sevdisidir deyə bilərik. Bu vəziyyətdə kim daha çox acı çəkər? Rədd edilən tərəf deyirsinizsə, axı o bunu qəbul etməzsə, bu vəziyyət iki tərəf üçündə dözülməz hala gələr. Belə insanlar asanlıqla sevgidən şiddətə keçə bilirlər. Məcbur olaraq qarşı tərəfi özlərinə sevdirmək üçün hər yolu dənəməyə hazır olurlar. Qarşınızdakı insan sizi bir insan olaraq sevdiyini bildirirsə, bununla qane olun əks halda bunuda itirə bilərsiniz.

 

Rədd edilən eşq

 

Əzab çəkdirən sevgi

Naz-niyaz qadınlara məxsusdur deyilir. Qadınlar düşünürlər ki, naz kişini daha da özünə bağlamaq məqsədi ilədir. Lakin belə bir deyim var “çox naz aşiq usandırar “. Gül ilə bülbülündə sevgisi naza əsaslanır. Bu elə bir sevda idi ki, bülbülü canından etdi.

Əfsanəyə görə gül, su ehtiyacını bülbülün qanıyla qarşılamaqdadır. Çılğın bülbülün başı nəğmələrinə qarışarkən, güldə onun qanını alır. Qöncənin açılması üçün bülbülün bütün gecə boyunca eşq mahnılarına davam etməsi lazım idi. Gül sevgilisinin nə qədər fədakar olduğunu görməsi üçün öncə onun arxa tərəfinə qonmasına imkan verir, sonra da onun məst olmuş halından yararlanaraq tikanlarını batırıb bağrını qanadır. Beləcə bülbülün qanı, gülün tikanlarına sızıb qöncəyə catar və onun rənginə rəng qatar.

 

Rədd edilən eşq

 

Gül qöncasını qadın bülbülü kişi qəbul etdiyimizdən, sevgidə cəfa cəkdirənin qadın olduğunu düşünürük. Əslində sevgiylə könlü olub da nazıyla aşiq usandıran hərkəs gül qədər şanslı olmaya bilər.

Əgər qarşıdakı kişi çox səbrli deyilsə, sevgini tamamiylə itirmək mümkündür. Qərarsızlıq və inadkarlıq ilə nazı qaraşdırmamaq lazımdır. Sevmədən sevilmək istəmək, toxunulmadan toxunmaq, yaralanmadan yaralamaq, acı çəkmədən acı çəkdirmək sevgini qüvvətləndirməz, əksinə qarşı tərəfi incidər.

1 may 2016
GO BACK