1. Sıxıntını kənara atın!
İlk təəssürat təbii ki, yadda qalır. Ancaq görüşün sonunda bunun pozulmamasına nail ola bilirsinizmi? Çalışın ünsiyyət canlı və maraqlı olsun. Əgər hiss etsəniz ki, ona maraqlı deyil, mövzunu dəyişin. Həmsöhbətlinizi diqqətlə dinləyin. Qarşınızda oturan insana danışma imkanı yaradın.
2. Diqqətlə dinləyin! Xoşa gəlmənin ən yaxşı növü qarşındakını diqqətlə dinləmək və fikrini hörmət etməkdir. Mövzuyla əlaqədar sual verin və onun frazalarını təkrarlayın. Danışıq zamanı fikrinizi başqa yerlərə yönəltməyin ( kompüter, jurnal,telefon)
3. Vaxta baxmağa tələsməyin. Vaxt tamam olanda ünsiyyəti bitirmək daha yaxşıdır. Onu maraqlandıracaq nəsə məlumat verin və bunu növbəti dəfə söyləyəcəyinizə söz verin. İlk görüşün ideal vaxtı 40-50 dəqiqədir.
4. Ünsiyyəti yalnız pozitiv və gülümsəmə ilə bitirin. Psixoloqlar sübut ediblər ki, söhbəti başlatmaq kimi bitirməyi də bilmək lazımdır. Məhz sonuncu dəqiqələrdəki anlar onun sizinlə ikinci dəfə görüşüb-görüşəməyəcəyinizi müəyyənləşdirəcək. Gedərkəndə onun gözünün içinə baxaraq gülümsəyin. Optimizm, pozitiv, enerjili olmaq həmsöhbətlinizin beynində xoş xatirə kimi qalacaq. Bu sizin adınızla asosiasiya ediləcək.
5. Həmsöhbətlinizdən zövq alın. Hər kəs xoş təəssürat yaratmaq istəyir. Ona təriflər deyin.
6. Ünsiyyətin maraqlı məqamını yadınıza salın. Görüşün sonunda da həmin anları təkrar edin, sizin xüsusən nə xoşunuza gəldiyini onun diqqətinə çatdırın.
7. Sağollaşanda güldürün! Siz öz yumor hissinizi görsətsəniz əla olacaq.
8. Yenidən görüş haqqında öz istəyinizi bildirin! Ona görüşün maraqlı keçməsi hissini ötürün! Səmimi olaraq onunla ikinci dəfə görüşmək istədiyinizi bildirin.