Qadin.NET / Qarşılıqsız sevgi

Qarşılıqsız sevgi

Qarşılıqsız sevgi

Tanınmayan bir insana duyulan platonik sevgi daha çox fiziksəl bəyənilmə təməlinə dayalıdır. İnsan sevdiyinin xarakterinə bələd olmasa da, beynində bir vizyor qurar və dərin hisslər yaşayar. Onun özü üçün ən ideal insan olduğunu düşünər. Ancan qarşı tərəfə hisslərini bildirməz hərəkətə keçməkdə əziyyət çəkər. Hərəkətə keçmə səbəbi rədd edilmə dəyərləndirilməmə qorxusudur. Bu düşüncə sevdiyinə yaxınlaşmaqdan onu uzaq edər. Hətta göz – gözə gəlincə gözlər qacırılır. Qarışıq rəftarlar yalnış olan mesajların verilməsinə gətirib çıxarar və münasibət özlüyündən bitmiş vəziyyətə düşər. 

Qarşılıqsız sevgi

Aşiq olan insan bunu dilinə gətirməsə də, heç kimə hissini bildirməsə də həmişə onunla birlikdə olma xəyalını qurar. Xəyallarında sevdiyi insanı obrazdan obraza salar. Reallıqda yaşanmayanların beyində yaşanılması duyğuların dərinləşməsinə nədən olar. İfadə edilməyən və uzun sürən bu sevgi yeni bir münasibətin qurulmasıyla sevəndə xəyal qırıxlığına gətirər. 

Qarşılıqsız sevgi

Sevgi elə bir hissdir ki rədd edilmə riskinində gözə alınmalıdır, çünki sevgi heç də həmişə qarşılıq tapma kimi imkana sahib deyil. Aşiq olanın istəyi, son dərəcə dərin olan duyğuların qarşılığını verə bilməkdir. Xəyal qırıqlığı yaşayan sevgili bu zaman panik olar. Redd edilməyi qəbullənəməz. Bu vəziyyət özgüvənin azalmasına yol açar. İnsana istənmədiyini, sevgiyə layiq olmadığı hissini yaşadar. Özünü faydasız və bəddbin hiss edər. Nələrdənsə  xoşbəxtlik tapa bilməz. Sevilən insanla sevilməyən insanın davranışlarında mütləq fərq vardır. Sevilən insan şən, həyatdolu, sakit davranışlar sərgilədiyi halda sevilməyən insan bədbin, kədərli, gələcəyə ümidsiz olar.

6 aprel 2016
GO BACK