Qadin.NET / Virtual sevginizlə ilk görüşmədə başınıza gələ biləcəklər

Virtual sevginizlə ilk görüşmədə başınıza gələ biləcəklər

Virtual sevginizlə ilk görüşmədə başınıza gələ biləcəklər

İnternet dövründə yaşadığımız və vaxt çatmamazlığı virtual tanışlıqların artıq tələbat və hətta adi hala çevrilməsinə gətirib çıxarıb.

Hazırda internetdən istifadə edən hər kəsin ən azından bir sosial şəbəkədə səhifəsi var. Bu da artıq bir oğlan və ya qız üçün kifayət qədər böyük seçim imkanı yaradır. Sosial şəbəkələr və ya tanışlıq saytları hər iki tərəf üçün özünə uyğun, maraqlarını paylaşa biləcək və ciddi münasibətlər qura biləcək insanla tanış olma ehtimalını artırır. Doğrudur, hər kəs virtual tanışlığa normal baxmır və İnternetin ciddi münasibətlər qurmaq üçün heç bir işə yaramadığını düşünür, bəziləri yaşadıqları təcrübədən irəli gələrək belə düşünür, bəziləri isə heç virtual aləm nədir, bilmədən fikir yürüdürlər və bu bizim cəmiyyətə xas xüsusiyyətlərdən biridir. Onu da unutmayaq ki, virtual aləm bir çoxlarının sevgisini tapmağa, ailə qurmağa səbəb olub və olur da. Araşdırmalar göstərir ki, qərbdə demək olar ki, hər iki cütlükdən biri internet vasitəsilə tanış olublar. 

Virtual sevginizlə ilk görüşmədə başınıza gələ biləcəklər

Tanışlıq üçün köməyinizə həm sosial şəbəkələr, həm də tanışlıq saytları gələ bilər. Tanışlıq saytlarında, o cümlədən sosial şəbəkələrdə tanış olmaq istədiyiniz və sizi maraqlandıran insanın maraqları, haqqında məlumat, təhsili, iş yeri barədə, bilik bacarıqları haqda qeydlər olur, bütün bunlar insan haqqında ilk təəssüratın və obrazının yaradılmasına köməklik göstərir.

İnternet üzərindən tanış olduğunuz biriylə ilk görüşməyə gedərkən başınıza gələ biləcəkləri hazırsınız? Budur, başınıza gələ biləcəklər...

Sosial media üzərindən tanış olub, danışdığınız birindən günün birində görüşmə təklifi ala bilərsiniz. Həyəcanla görüşmə gününü gözləyərkən özünüzü güzgü qarşısında hazırlanarkən də tapa bilərsiniz. Hər şeyə hazırlıqlı olun. Özünüzdən əmin bir şəkildə görüşməyə gedərkən qarşınızdakı sizi heç gözləmədiyiniz bir şəkildə də qarşılaya bilər.

Budur, ilk görüşdə yaşaya biləcəyiniz 10 vəziyyət:

Virtual sevginizlə ilk görüşmədə başınıza gələ biləcəklər

- Dəqiqələrlə gözlədib "görəsən, gəlməyəcək ?" qorxusu yaşatmaq.

- Fotoşəkillərdə uzun boylu görünən adamın demək olar ki, səndən belə qısa olduğunu görmək.

- Səni bəyənmədiyini ən yaxşı şəkildə müəyyən edib, hesabı sənə kilidləyib qaçması.

- Mövzunu dərhal cinsəlliyə gətirib, əgər uyğunlaşmazsan səni geridə qalmış elan etməsi.

- Köhnə sevgilisindən və onu nə qədər çox sevdiyindən bəhs eədərək sinirini pozması.

- Sanki çox maraqlandırmırsan göstərirmiş kimi, münasibət yaşadığı qızları izah edib hava atmağa çalışması.

- Hər şey çox gözəl gedərkən, səni 'kiçik sürprizlərlə' qarşılaması.

- Danışacaq bir şey tapa bilməyincə əsgərlik hekayələrini bəhs etməsi.

- Fotoşəkillərdə göründüyündən çox daha yaraşıqlı və cazibədar olması.

- (Bəlkə də hələ görüşmədən) sizi tərk etməsi.

31 yanvar 2016
GO BACK