Günümüzdə, xüsusilə də şəhər həyatının insanlarda yaratdığı stress altında evliliyi davam etdirmək, evlənmək və münasib həyat yoldaşı tapmaq çox çətindir. Uzun sürən evliliklərdə isə insanlar qarşı tərəfin hərəkətlərini mənalandırmağı və incələməyi tərk etdiyi üçün münasibətə dair siqnalları görməyə bilər.
Bəs yoldaşınızın xoşbəxt olduğunu necə anlayarsınız?
1- Telefonla zəng etmək
İş ya da başqa bir şey üçün fərq etməz, sizdən uzaqdaykən sizin üçün darıxdığını söyləyirmi? Xoşbəxt evlilik yaşayanlar, uzaqdaykən yoldaşları üçün darıxarlar. Onlarla olmaq, bir an əvvəl onlara qovuşmaq istəyərlər. Əgər uzaqdaykən zəngləşmələr, mesajlaşmalar artır, ən kiçik bir məsələnidə sizinlə bölüşürsə, yoldaşınız çox xoşbəxtdir.
2- Sevgi sözləri
Sizi sevdiyini söyləyir. Bunu hər gün edir. Siz də onu sevdiyinizi deyirsiniz. Bu illər sonra belə əsla dəyişmirsə, çox şanslısınız. Çünki həyat yoldaşından “səni sevirəm” cümləsini eşitmədən illərini keçirmiş nə qədər çox insan var ki... Yoldaşınız hisslərini bu şəkildə dilə gətirirsə, xoşbəxt ola bilərsiniz; çünki yoldaşınız çox xoşbəxtdir.
3- Hər mövzuda kömək etmək
Evdə sizə nə qədər kömək edir? Xəstə olduğunuzda nə qədər dəstək verir? Əlindən gələn hər işdə çabalayır və uşaqlarınızı da şəkildə davranmağı istəyirsə, yoldaşınız evliliyindən məmmundur. Uşaqlarla maraqlanmanın sadəcə anaların işi olmadığının fərqində və evliliyin məsuliyyətini sizlə bölüşür.
4- Öpüşlər
İşdən gələndə sizi öpürmü? İsti bir qucaqlaşma və sonra həsrət dolu bir öpüş... Bax bu yoldaşınızın xoşbəxt olduğunu göstərir.
5- Xəyallarını sizlə bölüşməsi
Xəyallarını və qorxularını sizlə bölüşürmü? Kişilər bunları qadınlar qədər asan söyləməzlər. Yoldaşınızın bunları anlada bilməsi üçün sizdə xəyal qırıqlığı yaratmadığına əmin olması lazımdır. Qəlbini sizə açmağa başladığında, karyera , həyatla və hətta ailənizin gələcəyi ilə bağlı bir şey anlatmağa başladığında sizin diqqətlə və səmimiyyətlə dinlədiyinizdən heç bir şübhəsi olmamalıdır. Əgər sizn yoldaşınız da xəyallarını və narahatlıqlarını qorxmadan bölüşürsə, demək ki, xoşbəxt bir evliliyə sahibsiniz.
6- Anlayışlı olması
Ağladığınızda sizi qucaqlayırmı? Qəlbiniz qırıldığında, ya da bir şey sizi ağlatdığında ehtiyacınız olan dəstəyi verirmi? Əlindən gələnin ən yaxşısını edir və sizi anlamağa çalışırsa, yoldaşınız sizin ən yaxşı dəstəkçinizdir. Bu mövzuda hər zaman mükəmməl olmaya bilər, amma səy göstərməsi belə yetməzmi?