Qadin.NET / Kağız halva - 13 (son)

Kağız halva - 13 (son)

 

 

Araf

Dərviş dedi ki: “İpəkqurdu qozadan çıxarkən alın təri ilə hördüyü ipəyi yırtıb parçalayar. Bu səbəbdən fermerlər ya ipəyi seçərlər, ya ipəkqurdunu, ikisini birdən qoruya bilməzlər. Çox vaxt ipəyi qurtarmaq üçün ipəkqurdunun canını alırlar. Bir tək ipək dəsmal üçün yüzlərlə ipəkqurdunun can verdiyini bilirsənmi? Bu hekayədə mənim payım ipəkqurdununkuna bənzəyir. Rumi ipəkdir, ilmə-ilmə hörüləcəkdir. Vaxt yetişincə ipək üçün ipəkqurdunun ölməsi lazımdır”.

Eşq

Bu yeni və mənəvi gözlə baxınca itirdiyin adamı hər yerdə görməyə başlarsayan. Dənizə düşən qətrədə, bədirlənən ayla hərəkətlənən məd-cəzirdə, əsən hər rüzgarda ona rastlayarsan, quma çəkilmiş qum falında, günəşdə parıldayan kristal dənəsində, yeni doğulmuş körpənin təbəssümündə, biləyində atan nəbzində onu seyr edərsən. Hər yerdə, hər şeydə onu gördüyüm zaman necə deyərəm ki, sevgili getdi?

 

Kağız halva - 13 (son)

Sevdiyin birini itirincə bir yanın onunla bərabər yox olur. Tərk edilmiş kabuslu bir ev kimi buruq bir yalnızlığa əsir olar, əskik qalarsan. Daxilində bir sirr kimi gedən sevgilinin yoxluğunu daşıyarsan. Elə bir yara ki, üzərindən nə qədər zaman keçərsə-keçsin, canını yandırar. Elə bir yara ki, sağaldığın zaman belə qanayar. Bir daha gülməyəcəyini sanarsan, qaranlıqda əl hərəkətilə irəliləyər kimi axar həyat, önünü görmədən, yönünü bilmədən, sadəcə bu anı qurtararaq... Könlünün işığı sönmüş, zülmət gecədə qalıbsan. Amma bax ancaq belə durumlarda, yəni iki göz birdən qaranlıqda qalınca üçüncü bir göz açılır insanda, qapanmayan bir göz... Və o zaman anlayarsan ki, bu ələm sonsuzadək sürməyəcəkdir. Xəzandan sonra başqa fəsillər gələcək, bu çöldən keçincə neçə dərələr və bu ayrılığın arxasından bir əbədi vüslat...

***

Əvvəl üzlərini unuduruq sevdiklərimizin. Ən çox üzümüzün unudulmasından narahat olduğumuz halda.

 

Məhrəm

Dostluğumuz müddətində nadir bir gözəlliyi paylaşdıq: durmadan bir-birini əks etdirən iki ayna kimi bir-birimizdə sonsuzluğu seyr etdik. Amma əvvəl-axır çevrə dönər, dövran tamamlanır, ayna sirlənir. Hər qışın bir baharı, hər baharın bir sonu vardır.

25 sentyabr 2015
GO BACK