Şəhərin aynaları
Son beş saatda durmadan danışıb zarafat etsələr də, gecənin ayazına çıxdıqları an qəribə bir səssizlik çökdü üzərlərinə, ikisi də eyni anda yalnızlıqlarının fərqinə varmışdılar.
Qara süd
Hamımızın acı çəkdiyini söyləyərək hər kəsi təsəlli etməyə alışmısınız, ancaq bu məni təsəlli etməz. Məni ancaq məndən başqasının mənim qədər acı çəkmədiyini bilmək təsəlli edər.
Ata və bic
İlbəil yanlış xəyallar, yanlış eşqlərlə üzülmüş, atasız böyümənin küskünlüyünü hələ ötüşdürə bilməmiş, sevgililəri ilə qanlı-bıçaqlı olmuş, qəlb qırmış və qəlbi qırılmış, tərk etməyi mərifət, yanlızlığı səadət zənn etmiş, el-aləmin dediyini həddindən çox ciddiyə alan, hələ tam olaraq özünü tanımayan, Allah onu sevməzsə, deyə narahat olan, sadəcə roman yazdığı zaman xoşbəxt ya da tam ola bilən, ədəbiyyat xaricində keçən hər anı sual işarələri, ziddiyətlərlə hörülü, tam olaraq niyə yazı yazdığını bilməyən, amma yazı yazmadan yaşamayacağına inanan, hələ lazımınca yetkinləşməmiş, olmamış, bişməmiş, hər dəfə yıxılıb dizlərini qanadan qız uşağı, yarı qadın bir məxluq görürəm özümə baxınca, lakin bunu etiraf edə bilmirəm.
Qara süd
Dayanmadan birilərinə ehtiyac duyarıq, daha doğrusu, həqiqətən, birinə ehtiyac duyarıq... Səsimizi əks-səda edəcək və əks-sədamıza səs verəcək, təqlid edə biləcəyimiz və bizi təqlid edə biləcəyi birinə. Bu, uşaqlıqdan etibarən çox yaxşı tanıdığımız, mütəmadi olaraq içimizdə gəzdirdiyimiz, bir başqa həqiqətə verdiyimiz reaksiyadır əslində: Yalnızlıq!
Ata və bic
Özünə əsəbiləşmirdi. Anlamağa çalışırdı sadəcə, kimsələrə anlatmadığı, anlatdığı təqdirdə anlaşılmayacağını bildiyi şeyləri özünə saxlayırdı.
Araf
Səni heç tanımadan darıxıram...
Eşq
İnsan illərcə çalışar, öz lüğətini yaradar. Dəyər verdiyi hər anlayışa bir tərif tapar. “Həqiqət”, “xoşbəxtlik”, “gözəllik”, “qürur”, “etibar”, “sədaqət”... Həyatın hər vacib dövründə şəxsi lüğətini açar, baxarsan. Vaxtıyla etdiyin tərifləri bir daha sorğulamazsan və bir gün, nəhayət, o yad gələr və qiymətli lüğətini alıb atar. Sonra hər bir kəliməni silib başdan tərif etmək durumunda qalarsan.
Məhrəm
Şahmatda olduğu kimi doğulanda da, öləndə də yalnızıq.
Ata və bic
Yalnızlığın “mənim yanlızlığım” ola bilməsi üçün varlığından bəhs edə biləcəyim bir mənliyə ehtiyac duyuram. Bunun üçün də mütləq bir başqasına.
Məd-Cəzir
Yad haqqında ən az bilib və ən rahat danışdığımız adamdır. Zərrə qədər tanımamağımıza baxmayaraq hökmünü əvvəldən yazdığımızdır. Çox qəribədir ki, yad qorxusunun sözlə getdiyi bu dünyada böyük acıları yadlar deyil, bizə tanıdıqlarımız çəkdirir. Dünya yadlardan boş yerə qorxub öz yaxınlarından zərər görən insanlarla doludur.
Pünhan
Hamımız fərqli sifətlərlə sifətləndirildik, şayəd Allah hər kəsin eyni olmasını istəsəydi, heç sübhəsiz elə edərdi. Fərqliliyə hörmət etməmək, öz doğrularını başqalarına qəbul etdirmək Haqqın müqəddəs nizamına hörmətsizlik etməkdir.
Eşq
Kimsəyə rəqib olmayacaq qədər şişmansınızsa, arıqlamağa əhd etmiş bütün şişmanlar dostunuz olmaq üçün yarışar.
Məhrəm
Uzun zaman əvvəl atılmış bir qışqırığın azalaraq yox olan əks-sədası kimi hər keçən gün aralarındakı münasibət tükənirdi.