Qadin.NET / Sevginin üç növü (1)

Sevginin üç növü (1)

 

Sevginin üç növü (1)

 

Görkəmli Yaponiyalı yazıçı və mütəfəkkir Masumi Toyotome “Sevginin 3 Növü” (“Three Kinds of Love”) adlı kitabında sevgi və sevginin növləri barədə düşündüklərini yazmış və hər kəslə paylaşmışdır. Hamımız içimizdə sevgi nədir bilirik, hiss edirik, başa düşürük. Bunu sözlərə köçürdərək izah etmək isə çox çətindir. Masumi Toyotome buna cəhd etmiş və hətta sevgini  növlərə ayırmışdır. Onun baxdığı istiqamətdə baxarsaq, zənnimcə nə demək istədiyini başa düşər və sözlərinə haqq qazandırarıq.

“Dünyada sevilmək istəməyən insan yoxdur” sözlərilə Toyotome kitabı başlayır.

“Amma sevgi nədir, harada tapmaq olar, bilirikmi?” deyə soruşur.. Sonra izah etməyə başlayır.

“Sevgi üç növdür!..”

Birincinin adı “Əgər” növ sevgidir!..

 

Sevginin üç növü (1)

 

Əgər yaxşı olsan atan, anan səni sevər. Əgər uğurlu və mühim bir insan olsan, səni sevərəm. Əgər həyat yoldaşı olaraq mənim istədiklərimi versən, səni sevərəm. Toyotome “Ən çox təsadüf edilən sevgi növü budur” deyir. Bir şərtə bağlı olan sevgi.. Qarşılıq gözləyən sevgi… Məqsəd sevgi qarşılığında bir şey qazanmaqdır. Gənclər bir-birlərinin o ankı gerçək vəziyyətinə deyil, xəyallarındakı şişirdilmiş romantik görüntüsünə aşiq olur və nələrsə gözləməyə başlayırlar. Bu gözləntilər həyata keçmədiyində isə məyusluq başlayır. Ən saf olmalı olan ana-ata sevgisində belə “Əgər” növ sevgiyə rast gəlinir.

Yazar bir misal çəkir: “Bir gənc atasını məmnun etmək məqsədilə Tokyo Universitetinə daxil olmaq üçün çox çalışır. Məktəbdənkənar hazırlıq kurslarına da gedir. Amma uğur qazana bilmir. Atasının üzünə baxa bilmədiyi və kədərini yüngülləşdirmək üçün bir həftəlik Hakoneyə istirahətə gedir. Evə qayıtdıqda atası əsəblə “İmtahandan keçə bilmədin, hələ utanmadan istirahətə də gedirsən?” deyə bağırır. Gənc oğlan “Ata, sən də bir zamanlar özünü yaxşı hiss etməyəndə Hakoneyə istirahətə getdiyini demişdin” deyir. Atası isə bir az da hirslənərək oğluna bir şillə vurur. Oğlan da gedib intihar edir.” Qəzetlər intiharın ani əsəb böhranının nəticəsi olduğunu söylədilər. Amma onlar yanılırdı. Gənc oğlan atasının ona olan sevgisinin yüksək gözləntilərlə bağlı olduğunu başa düşmüşdü! Insanlar isə əslində “Əgər” növ sevgidən daha artıq bir sevgi axtarırlar.

Ardı var...

Samirə Həşimzadə

12 avqust 2015
GO BACK