Qadin.NET / Məsafəli sevginin 15 incə məqamı

Məsafəli sevginin 15 incə məqamı

Uzaqdan əlaqəni idarə etmək heçdə çətin deyil!

Sevgiliniz təhsil üçün xaricə getdi? Həyat yoldaşınız uzun bir müddət işinə görə başqa bir şəhərdə qalacaq? Məsafələrin əlaqənizə zərər verməsinə icazə verməyin! Sevdiyi şəxsdən bir müddət ayrı qalanlar üçün uzaqdan əlaqəni idarə etməyin 15 sirrini paylaşırıq.

Gündəlik, həftəlik proqramlarından xəbərdar olun

 

 

Beləliklə, hansı günləri işi ilə məşğul ola biləcəklərini, nə günlər boş vaxtları olduğunu biləcəksiniz. Bu şəkildə ünsiyyətinizin keyfiyyəti daha yüksək olacaq.

 Qarşılıqlı ziyarətlər edin

Sevdiklərinizin yanında olmaq, onlarla qucaqlaşa bilmək və qəhqəhələrini yanınızda eşitmək qədər təminedici bir hiss yoxdur. Bu vəsiləylə yeni şəhərlər görə bilərsiniz. Təbii sürpriz ziyarəti etməyi planlayırsınızsa, qarşı tərəfin boş zamanı olduğundan əmin olun!

Gündəlik danışmaqdan vaz keçməyin

Yazılı, səsli, görüntülü ünsiyyət sizin üçündür. Amma evə dönüncə ''günün necə keçdi' söhbəti etmək insanları bir-birinə yaxınlaşdırır. Nə də olsa yaxınlıq, ümumiyyətlə, kiçik detallarda və ortaq təcrübələrdə gizlidir.

Amma şişirtməyin

Burdan uşağının universitetdən dönəcəyi günü pəncərədə gözləyən analara, o biri yarısı yanında olmayan aşiqlərə səslənirik. Bağı qorumaq əhəmiyyətlidir, amma ikinizin də öz həyatı var və çox danışmaqla həsrətinizi daha da coşdura bilərsiz.

Səyahətə çıxın, ağılınızı başqa işlərlə məşğul edin

İki tərəf də bu ayrı olduqları zamanı kəşf etmək istədiyi yerləri görmək, sınamaq, istədiyi maraqlı şeyləri etmək fürsəti olaraq görə bilər. Həm beləliklə, darıxmazsınız.

Ortaq maraq dairənizi istifadə edin

Məsafəli sevginin 15 incə məqamı

Məsələn Game of Thrones izləyirsiniz? Hissələri ''birlikdə'' izləyin. Bir tərəfdən izlərkən, yan-yanaymış kimi fikirlərinizi paylaşın. Futbolla maraqlanırsınızsa, bir neçə adam ''fantasy league'' hadisəsinə girə bilərsiniz. Oscar, Emmy kimi mükafat mərasimlərini izləyib danışa bilərsiniz. Hobbilər və ənənələr insanları bir-birinə bağlayır və əylənmək üçün gözəl fürsətlər meydana gətirir.

Uzun vədəli hədəflər təyin edin

Bu xüsusilə daha təzə aşiqlər üçün əhəmiyyətli olsa da, ailələr üçün də əhəmiyyətlidir. Ortaq bir hədəfə doğru irəliləmək zamanın daha sürətli keçməsini təmin edəcək.

Birlikdə bir tətil planlayın

Məsələn cənubda bir yaz tətili. Ya da bir neçə günlük Paris səyahəti üçün birlikdə həvəslənib, planlar qurub, səbirsizlənəcəyiniz bir şey olacaq.

İctimai medianın dəyərini kiçik hesab etməyin

Həyatlar artıq internetdə də yaşanır. Fotoşəkillərinizi paylaşın, altında birlikdə zarafatlaşın, bir-birinizin təcrübələrinə ortaq olun. Gerçək olaraq eyni həyatın içində olmağın yerini heç bir şey almasa da ictimai mediada eyni həyatı yaşaya bilərsiniz!

Görünülü danışın

Skype, FaceTime kimi proqramlaşdırma sayəsində uzaq məsafə deyilən bir şey qalmadı. Sevdiyiniz adamı gülərkən görmək, yalnız kameradan da olsa, gününüzü işıqlandıracaq bir andır.

Nostalji edin

''Xatırlayırsanmı'' kimi cümlələrlə başlayan hekayələr, ümumiyyətlə, söhbəti daha gözəl yerlərə aparır. İlk əl-ələ alovlandığınız kafe olsun, ilk tanış olduğunuz məktəbin koridorları olsun, bu tərz söhbətlər niyə bu çətinlikli məsafələrə dözdüyünüzü bir dəfə daha sizə göstərəcək.

İstəklərinizə nəzarət edin

 

Məsafəli sevginin 15 incə məqamı

Hər şeyin mükəmməl olmasını gözləməyin; çünki belə düşünmək çıxacaq əyrilikləri gözünüzdə böyüdəcək. Sevdiklərinizlə eyni yerdəykən necə problemsiz deyilsinizsə, uzaq məsafədə də bunu gözləməyin. 

Özünüzü tək hiss edəcəyiniz günlərin olduğunu qəbul edin

Nə desək də, uzaq məsafədən münasibəti davam etdirmək çətindir. Bəzən kədərli olacaqsınız, bu çox təbiidir. Amma kədərlənmək də gözəldir. Çünki bu həqiqətən sevdiyinizi göstərir. Həm gözəl olan hər şey bir az da çətin əldə edilmirmi?

Bir-birinizə məktub göndərin

Əl ilə öz hissllərini yazmaq nəyə desəniz dəyər. Bunun yanında saxlaya biləcəyiniz bir xatirəyə çevrilmiş olacaq.

Ona dəstək olun

Bu müddətdə bir-birinizin ən böyük köməkçisi olacaqsınız. Onu sizin qədər anlayan başqa kim var ki?

8 iyun 2015
GO BACK