Qadin.NET / Xoşbəxt evliliyin kiçik sirləri

Xoşbəxt evliliyin kiçik sirləri

Xoşbəxt evliliyin kiçik sirləri

Evlilik seçdiyimiz insanla sonsuzluğa uzanan bir səfərdir. Hər kəs ailə qurarkən xoşbəxt olacağını və ömrünü həmin şəxslə heç bir problem və ya münasibət baxımından çətinliklərlə rastlaşmayacağını zənn edər. Ancaq uzun ömürlü və xüsusilə də xoşbəxt evliliyin də özünəməxsus sirləri vardır. Bu xəbərim sayəsində hər birinizə xoşbəxt evliliyin sirlərini təqdim edirəm. Xoşbəxt evliliyin sirləri aşağıdakılardır.

Xoşbəxt evliliyin kiçik sirləri

Hörmət edin.

Nə qədər əsəbiləşsəniz də, canınız nə qədər yansa da, əsla aranızdakı hörmət sərhədlərini keçməyin. Unutmayın, hörmət evlilikləri ayaqda tutan ən əhəmiyyətli elementlərdəndir. Hörmət bitərsə, o evlilikdən xeyir gəlməz.

Xoşbəxt evliliyin kiçik sirləri

Yataqlar bir olsun.

Evliliklərində uzun illəri arxada qoymuş cütlərin ən əhəmiyyətli cəhətləri yataqlarını heç zaman ayırmamasıdır. Bu gün dalaşa bilərsiniz, küsə bilərsiniz, lakin yoldaşınızdan ayrı yataqda (divan və ya qoltuqda) yatmaq boşanmağa gedən yola ilk addımı atmaq deməkdir.

Xoşbəxt evliliyin kiçik sirləri

Kin saxlamayın.

Kin elə bir duyğudur ki, sahibini yeyər bitirər! Yoldaşınızın sizə söylədiyi sözləri hər dəfə təkrarlayıb qan qaraçılıq yaratmayın. Öz yaxşılığınızı istəyirsinizsə, pis xatirələri unudun.

Xoşbəxt evliliyin kiçik sirləri

Tərifləyin.

Tənqid edilməkdən, tənqiddən kimsə xoşlanmaz.Tərif eşitmək hər kəsin xoşuna gəlir. Yoldaşınızda görüb bəyəndiyiniz gözəl xasiyyətləri tərifləyin və onun kimi dəyərli bir həyat yoldaşına sahib olduğunuz üçün xoşbəxt olduğunuzu dilə gətirin.

20 may 2015
GO BACK