Qadin.NET / Xoşbəxt boşanmaq mümkündürmü?

Xoşbəxt boşanmaq mümkündürmü?

Xoşbəxt boşanmaq mümkündürmü?

Hal-hazırda evliliklər həyatın problemi və kiçik anlaşılmazlıqlarla sarsıntıya səbəb olur. Bir çox cütlüklər evliliklərini yoluna qoymaq, nizamlarını pozmamaq, ya da həyat döngələrinin içində var olan mənfilikləri aradan qaldırmaq üçün mütəxəssislərdən kömək istəyirlər.

Dərin yaralar almamış kimi evliliklərini davam edərkən bəzi cütlüklər üçün vəziyyət eyni qaydada davam etmir. Bu vəziyyətdə var olan evlilik terapiyası öz yerini boşanma terapiyasına verir və xoşbəxt boşanmanın təməli necə atılmalıdır, ona diqqət edilir.

Uzun illər eyni yastığa baş qoyduğunuz yoldaşınız sizə bir müddət sonra yad biri qədər uzaq ola bilər. Gediş yolu hər nə qədər bir çox cütlük üçün bir-birindən fərqli olsa da, nəticə olaraq boşanma qərarına gəlmişlərsə, yaşanılanların bir əhəmiyyəti qalmır. Fərdlərin bu andan sonrakı öz həyatı üçün uyğunlaşması lazımdır.

Hörmət sərhədləri içində və xoşbəxt bir boşanma halı ancaq yoldaşınızın sağlam fikirli yanaşmaları ilə mümkündür. Nə olursa olsun, həyat yoldaşlarını ömür boyu bir-birinə bağlayan ən qiymətli varlıqlarımız olan uşaqlarımız üçün də vəziyyəti çətinləşdirməmək lazımdır.

Yoldaşların birlikdə aldıqları qərar istiqamətində keçmişdə edilən səhvləri danışmamaq, bezdirici söz və rəftar içində olmamaq, uşaqların qarşısında mənfi bir davranışa yol verməmək olduqca əhəmiyyətlidir. Hisslərimiz bizlərə şox zaman mətiqimiz xaricində hökm etsə də, sağlam düşünmək və tərəfsiz birindən görüş almaq üçün bir mütəxəssisdən kömək istəmək faydalı olacaq.

Uşaqlarımızın həyat standartlarını nəzərə alaraq onların təmin şərtlərini dəyişikliyə uğratmayacaq şəkildə qərarlar almaq lazımdır. Yoldaşlar öz aralarında olan şəxsi problemlərinin uşaqlara əks etdirilməməsi, ana-atanın bir-biriləri haqqında mənfi danışmamağa diqqət etmələri olduqca əhəmiyyətlidir. Bu vəziyyət uşağın irəlidəki həyatında, məktəb həyatında, ən əhəmiyyətlisi isə edəcəyi evlilik qərarında belə mənfi istiqamətləndirici halını almasını təmin edər ki, heç bir ana-ata canının parçası uşaqlarının gələcəyi üçün mənfilik daşıyıcısı olmaq istəməz.

 

Xoşbəxt boşanma bacarıqla tətbiq olunduqda və insani dəyərlərin varlığını göstərəcək şəkildə edildikdə hörməti ayaqda tuta bilər. Evlilik çox gözəl duyğularla başlayan və davam edilməsi arzulanan bir bərabərlikdir. Boşanmaq da evlənmək qədər təbii olmaqla bərabər eyni hörmət və dəyər anlayışlarını göstərməlidir. Xoşbəxt bir boşanma uşaqların davranış və sağlam ruh halıyla böyüməsinə şərait yaradır.

İnsan var olduğu hər an içində xoşbəxtlik olmalıdır, xəstəlikdə və sağlamlıqda, eləcə də evliykən, yaxud boşanmışkən.

19 may 2015
GO BACK