Qadin.NET / Onu unutmağı bacarın...

Onu unutmağı bacarın...

 
Onu unutmağı bacarın...
Səhər oyananda və gecə yatarkən onu düşünürsünüzmü?
Cavab "bəli"-dirsə: Keçmiş sevgilinizin ara bir yadınıza düşməsi normaldır, lakin hələ də yaralarınızla yaşayırsınızsa xüsusi köməyə ehtiyacınız var. Həyatınız çox qiymətlidir və keçmişə ilişərək kədərlənərək zaman itkisinə yol verməmək lazımdır. Ən yaxşısı yolunuza davam edin.
Cavab "xeyr"-dirsə: Onda bu yazını oxumağa davam edin.
Həyata ilk ayrıldığınız gün kimi qara eynəklərləmi baxırsınız?
Cavab "bəli"-dirsə: Demək pis fikirləriniz və çarəsizliyiniz keçməyib. Sevgilinizdən uzun müddətdir ki, ayrılısınınız, amma hələ keçmişinizlə yaşayırsınız. Bunu məğlub etməyə çalışın. Həyatdan zövq almadan yaşamaqla böyük səhv edirsiniz.
Cavab "xeyr"-dirsə: Bu tam möcüzəvidir! Bütün yaşadıqlarınızı gələcəkdə yaşayacağınız yeni əlaqələrinizdə  daha pozitiv olmanıza səbəb olacaqsınız.
Onu unutmağı bacarın...
Yeniliklərlə maraqlanmağa başladınızmı? Yeni hobbilər əldə etdinizmi?
Cavab "bəli"-dirsə: Möhtəşəm cavabdır. Fikirlərinizi yaxşı ifadə edəcək yollar seçərək özünüzü kəşf edirsiniz. 
Cavab "xeyr"-dirsə: Nəyi gözləyirsiniz? Çox məşğulsunuz? Çox üzgünsünüz? Başınızı qatacaq o qədər hobbi olduqdan sonra həyatınıza rəng qatmağa çalışın.
 Cəlbedici alt paltarları geyinə bilərsinizmi?
Cavab "bəli"-dirsə: Bir sözlə mükəmməlsiniz!
Cavab "xeyr"-dirsə: Bir şey etmək üçün xüsusi bir anın gəlməsini gözləməyin. Özünüzü cəlbedici və istənilən hiss etmək üçün, ilk növbədə özünüz üçün geyinin.
 

 

Onu unutmağı bacarın...

 

Özünüzü şanslı hiss edirsinizmi?
Cavab "bəli"-dirsə: Xanımlar, bu duyğudan bərk yapışıb həyatdan zövq alaraq yaşayın. Hər gün sizə şans gətirməyə bilər, amma unutmayın ki, həyat çox gözəldir və siz də bu həyatda yaşayırsınız!
Cavab "xeyr"-dirsə: Özünüzü bu an üçün şanslı hiss etmirsiniz, yoxsa həmişə belə fikirləşirsiniz? Həyatınızda nələrisə dəyişdirin və yaradıcı insan kimi düşünüb sizi xoşbəxt edəcəkləri kəşf edin.
22 fevral 2016
GO BACK